Almaniya ilə Azərbaycan arasında sənədlərin səfirliklər tərəfindən leqallaşdırılması tam dayandırılıb
Almaniya tərəfi ilə uzun müddət aparılan iş nəticəsində rəsmi sənədlərin tanınması ilə bağlı yeni qaydalar qüvvəyə minib ki, bu da Azərbaycan vətəndaşlarının işini xeyli yüngülləşdirəcək.
"Report" xəbər verir ki, bunu Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev özünün "X" hesabında yazıb.
O bildirib ki, artıq Almaniya ilə Azərbaycan arasında sənədlərin səfirliklər tərəfindən leqallaşdırılması tam dayandırılıb. Bunun əvəzinə, apostil prosedurunun tətbiqinə başlanılıb.
"Bu nə deməkdir? Hər iki ölkə 1961-ci il tarixli Haaqa Apostil Konvensiyasının iştirakçısıdır. Bu Konvensiyaya görə, bir ölkədə verilmiş rəsmi sənədlərin digər ölkədə tanınması üçün yalnız apostil möhürü kifayətdir. Əlavə leqallaşdırma və ya təsdiq tələb olunmur. Almaniya tərəfi ilə aparılan müvafiq iş nəticəsində 2026-cı ilin mart ayında Apostil Konvensiyası iki dövlət arasında tam qüvvəyə minib. Beləliklə, Almaniyada verilən rəsmi sənədlər yalnız Almaniyanın müvafiq dövlət qurumları tərəfindən apostil möhürü ilə təsdiq olunur və bu, həmin sənədlərin Azərbaycanda tanınması üçün kifayətdir. Artıq əlavə olaraq bu sənədlərin Berlindəki Azərbaycan Səfirliyində leqallaşdırılmasına ehtiyac yoxdur", - səfir qeyd edib.
N.Ağayev, həmçinin vurğulayıb ki, Azərbaycanda verilmiş sənədlər də yalnız apostil möhürü ilə Almaniyada tanınır və Almaniyanın Bakıdakı səfirliyində əlavə leqallaşdırma tələb olunmur: "Bu mühüm yenilik Azərbaycan ilə Almaniya arasında qarşılıqlı etimada əsaslanan səmərəli əməkdaşlığın xalqlarımızın maraqları naminə davamlı şəkildə inkişaf etdiyini bir daha aydın şəkildə nümayiş etdirir".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Uşaq qidası ilə bağlı yayılan görüntülər təsdiqini tapmayıb - RƏSMİ AÇIQLAMA
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
Şahin Mustafayev: "Sea Breeze" kurortu ötən yay 100 mindən çox insanı qəbul edib"
-
Azərbaycan Avropa çempionatında medal hesabını açdı
-
Hərbi xidmət haqqında qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb
-
Azərbaycanda "Yaşıl hidrogen" istehsalına dair fəaliyyət planı hazırlanır - EKSKLÜZİV













