Azərbaycanda kripto və NFT poçt markaları dövriyyəyə buraxıla bilər
Gələn ildən Azərbaycanda kripto və NFT poçt markaları dövriyyəyə buraxıla bilər.
Bunu "Far.Az"a açıqlamasında "Azərpoçt" MMC-nin Marka şöbəsinin müdiri Sitarə Hüseynova bildirib.
Onun sözlərinə görə, bununla bağlı xarici şirkətlərlə müzakirələr aparılıb: "Biz bir neçə xarici ölkədə, o cümlədən Türkiyədə çap evləri ilə danışıqlar aparmışıq. Bu ildən qardaş ölkədə həmin təcrübə olacaq. Bir neçə təklif almışıq, onları dəyərləndiririk. Bu il də olmasa, gələn ildən kripto və NFT poçt markalarını dövriyyəyə buraxa bilərik".
"Dünyada rəqəmsallaşma tendensiyası getdiyi kimi, filateliya sahəsində də rəqəmsallaşma var. Son illər ilk dəfə olaraq Avstriya Poçtu kripto və NFT markalarını dövriyyəyə buraxıb. Biz rəqəmsallaşmaya nə qədər getsək də, bu filateliyanın özünün ənənələri var və bu ənənələri qoruyub saxlamaq üçün onları fiziki formada da çap elətdiririk, inkişaf etdiririk. Amma cavan nəslin rəqəmsal sahəyə daha çox marağı olduğu üçün ona görə də bu dəqiqə bir çox ölkələr NFT və kripto-stamplara üstünlük verir və eyni zamanda fiziki markalarla bərabər onları da buraxır. Hələ ki, Azərbaycanda rəqəmsal marka buraxılmayıb. Biz yalnız üzərində QR-kod olan markalar buraxmışıq. Amma gələcəkdə yəqin ki, buna ehtiyac olacaqsa, biz rəqəmsal markalar da buraxacağıq", - deyə "Azərpoçt" rəsmisi əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb
-
Ağdərə rayonunda yerləşən "Dəmirli" Filiz Emalı Kompleksində 1 342 nəfər daimi işlə təmin olunub
-
Luis Silvestr 4 oyunluq cəzalanıb, "İmişli" 10 000 manat cərimələnib
-
Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb - TƏBİB-dən AÇIQLAMA
-
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Yuri Maksimov: "Futbolçuların bir qismini tanıyıram"













