Prezidentin köməkçisi: "Azərbaycan regionda sülh gündəliyinə tam sadiqdir"
Far.Az xəbər saytı

Prezidentin köməkçisi: "Azərbaycan regionda sülh gündəliyinə tam sadiqdir"


"Biz uzun illər forumlara müharibə və münaqişə gündəmi ilə qatılırdıq, lakin indi artıq sülh gündəmi ilə gəlirik. Müharibə başa çatıb və Azərbaycan regionda sülh gündəliyinə tam sadiqdir.

Azərbaycan bu istiqamətdə konkret addımlar ataraq, Ermənistan tərəfi ilə praqmatik əməkdaşlıq həyata keçirir və sülh gündəliyini real müstəviyə keçirir. Bu addımlar iki ölkə arasında etimadın möhkəmlənməsinə xidmət edir".

Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "ADF 2026" çərçivəsində keçirilən "Cənubi Qafqaz: Strateji mərkəz olmaq yolunda" mövzusunda panel sessiyada səsləndirib.

Hikmət Hacıyev bildirib ki, artıq Ermənistan və Azərbaycan arasında ticarət əlaqələri formalaşmağa başlayır: "Uzunmüddətli perspektivdə regionda sülh və təhlükəsizliyi təmin edəcək yeni regional təhlükəsizlik arxitekturası qurulur. Gələcəyə baxaraq, Gürcüstan, Ermənistan və Azərbaycan arasında əməkdaşlıq imkanlarının genişləndiyi inklüziv Cənubi Qafqaz regionunu görürük".

Oxşar xəbərlər

Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər