Ceyhun Bayramov Qvineya-bisaulu həmkarı ilə görüşüb
18 aprel tarixində xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Qvineya-Bisaunun xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Joao Bernardo Vieira ilə görüşüb.
Bu barədə "Far.Az"a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan və Qvineya-Bisau arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, siyasi, iqtisadi, humanitar, turizm, energetika və s. sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub.
Çoxtərəfli platformalar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində ümumi maraqlarımızın irəlilədilməsi istiqamətində birgə fəaliyyətin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Görüş zamanı iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinin, təbii ehtiyatların işlənməsi sahəsində təcrübə mübadiləsinin aparılmasının, dövlət xidmətlərinin göstərilməsi üzrə bilik və təcrübənin bölüşülməsinin, həmçinin təhsil və peşə hazırlığı istiqamətində təqaüd proqramları və digər imkanlardan daha fəal istifadənin vacibliyi qeyd olunub.
Azərbaycanın Afrika qitəsi ölkələri, o cümlədən Qvineya-Bisau ilə əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verdiyi qeyd olunub. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb
-
Elçin Əmirbəyov: TDT qarşılıqlı əlaqəlilik layihələrinin həyata keçirilməsi üçün mühüm platformaya çevrilir
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub
-
Qalibaf Trampın İran-ABŞ danışıqları ilə bağlı açıqlamalarını təkzib edib













