KXDR "Xvasonpxo-11ra" taktiki ballistik raketlərini sınaqdan keçirib
Şimali Koreyanın Baş Raketqayırma İdarəsi "Hvasonpho - 11ra" modelinin yenilənmiş "yer-yer" taktiki ballistik raketlərinin döyüş başlıqlarının gücünü yoxlamaq üçün sınaq buraxılışını keçirib.
"Report" Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir ki, sınaqların gedişini KXDR lideri Kim Çen In Mərkəzi Komitəsinin şöbə müdirinin birinci müavini Kim Çon Sikanın, ordu generalı Çan Çan Xanın raketqayırma elmi idarəsinin rəhbəri, həmçinin Koreya Xalq Ordusunun 1-ci korpusunun komandiri general-leytenant An Yon Hvan və digər rəsmi şəxslərin müşayiəti ilə şəxsən izləyib.
"Sınaq buraxılışının məqsədi taktiki ballistik raketlərin kaset və yüksək partlayıcı döyüş bölmələrinin xarakteristikasını və gücünü təsdiqləmək idi", - agentliyin məlumatında vurğulanır. Manevrlər zamanı müəyyən bir hissəyə - 136 km məsafədə yerləşən ada hədəfinə beş raket atılıb.
Yüksək sıxlıqlı döyüş sursatları əla taktiki və texniki göstəricilər göstərərək, 12,5-13 hektar ərazini vurub. Kim Çen In vurğulayıb ki, çoxməqsədli kaset döyüş başlıqlarının yaradılması və istifadəyə verilməsi Koreya Xalq Ordusunun əməliyyat ehtiyaclarını effektiv şəkildə tamamlamağa imkan verir.
Dövlət başçısı qeyd edib ki, təcrübədə hərbi əməliyyatların aparılmasında həm yüksək dəqiqlikli zərbə, həm də müəyyən hədəfə yüksək sıxlıqla zərbə vurma qabiliyyətinin artırılması böyük əhəmiyyət kəsb edir, o həyata keçirilən atışların nəticələrindən dərin məmnunluq ifadə edib.
Şimali Koreya lideri görülən işləri yüksək qiymətləndirərək qeyd edib ki, döyüş bölmələrinin mühəndis-tərtibatçıları vaxt itirməyiblər. Sonda Kim Çen In müdafiə sektorunun elmi-tədqiqat qruplarına Korya Xalq Ordusunun döyüş hazırlığının möhkəmləndirilməsi prosesində yeni nailiyyətlər və növbəti sərhədlər fəth edilməsini arzulayıb.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov Elvin Cəfərquliyevin cəzalandırılmasından danışdı
-
Cəlilabadda baş verən ağır qəzada bir nəfər ölüb, iki azyaşlı xəsarət alıb
-
Qadın voleybolçuların Yüksək Liqasında mövsümün həlledici görüşləri baş tutacaq
-
Premyer Liqa: XXVIII turun son iki qarşılaşması bu gün keçiriləcək
-
Mədəyə faydalı qidalar açıqlandı – mütəxəssislərdən tövsiyələr
-
İran mediası: ABŞ HHM sistemlərini İordaniyaya köçürüb













