"Fars": ABŞ və İsrailin hücumları zamanı İranda 20-yə yaxın təyyarə ciddi ziyan görüb
Far.Az xəbər saytı

"Fars": ABŞ və İsrailin hücumları zamanı İranda 20-yə yaxın təyyarə ciddi ziyan görüb


İran Aviaşirkətləri Assosiasiyası ABŞ və İsrailin ölkəyə qarşı həyata keçirdiyi əməliyyat zamanı hava limanı infrastrukturunun 95 %-nə ziyan dəymədiyini açıqlayıb.

"Report" "Al-Jazeera"ya istinadən xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Agentlik qeyd edir ki, 20-yə yaxın təyyarə ciddi zədələnib.

Bu məlumatlar İranın kommersiya reysləri üçün hava məkanının yenidən açılmasına hazırlaşması fonunda daxil olur.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və bir sıra şəhərlərə aviazərbələr endirib. Elə həmin gün İranın ali lideri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.

Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İranla ABŞ arasında danışıqlar aparılıb. Lakin bu danışıqlar uğursuz olub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Bakının mərkəzində əyləncə məkanının fəaliyyəti dayandırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər