Paşinyan: Ermənistan və Rusiya hərbi-texniki əməkdaşlığı davam etdirəcək
Far.Az xəbər saytı

Paşinyan: Ermənistan və Rusiya hərbi-texniki əməkdaşlığı davam etdirəcək


Ermənistan və Rusiya hərbi-texniki sahədə əldə edilmiş razılaşmaların icrasını davam etdirməklə bağlı razılığa gəlib.

"Report" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirdiyi brifinqdə bildirib.

"Rusiya ilə hərbi-texniki əməkdaşlığımız var idi, bu əməkdaşlıq müəyyən bir mərhələdə əhəmiyyətli dərəcədə azalmış və ya dayandırılmışdı", - Paşinyan deyib.

Baş nazirin sözlərinə görə, Moskvaya səfər və Rusiya Prezidenti Vladimir Putinlə görüş çərçivəsində hərbi-texniki əməkdaşlıqla bağlı əvvəllər əldə edilmiş razılaşmaların yerinə yetirilməsi barədə razılıq əldə edilib.

Oxşar xəbərlər

Düşənbədə İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub
Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü keçirilir
İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçirilib
İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçirilir
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər