Azərbaycanda məşhur sığorta şirkəti LƏĞV EDİLİR
"AtaSığorta" sığorta şirkətinin sığorta portfeli "Atəşgah" sığorta şirkətinə ötürülüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, "AtaSığorta" ilə vətəndaşlar arasında bağlanmış sığorta müqavilələri aprel ayının 10-dan etibarən "Atəşgah" Sığorta Şirkəti ASC-yə ötürülüb. Yəni indiyədək əmlakı və ya məsuliyyəti "AtaSığorta"da sığortalanan vətəndaş hər hansı bir sığorta hadisəsi ilə üzləşərsə və ya hər hansı bir müraciəti olarsa, bununla bağlı artıq "Atəşgah" sığorta şirkətinə müraciət etməli olacaq.
Qeyd edilib ki, bu qayda "Sığorta fəaliyyəti haqqında" Qanunun 72-ci maddəsi ilə tənzimlənir.
Xatırladaq ki, ötən ilin sonuna "AtaSığorta" şirkətinin yığım portfelinin həcmi 10 milyon 31 min manat olub. Yanvar ayının 6-da isə Mərkəzi Bank sığorta şirkətinin sığorta satışlarını məhdudlaşdırıb və ASC-yə müvəqqəti inzibatçı təyin edib. Sığorta şirkətinin öhdəliklər üzrə portfelinin digər sığorta şirkətinə ötürülməsi o deməkdir ki, AMB qısa zamanda sığorta şirkətinin lisenziyasını da ləğv edəcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabadda baş verən ağır qəzada bir nəfər ölüb, iki azyaşlı xəsarət alıb
-
Azərbaycan Premyer Liqası: "Sumqayıt" və "İmişli" turun son günündə qalib gəlib
-
Mədəyə faydalı qidalar açıqlandı – mütəxəssislərdən tövsiyələr
-
Yaz mövsümündə avtomobillərdə ən çox rast gəlinən nasazlıqlar açıqlanıb
-
Nicat Abasov və Aydın Süleymanlı Avropa çempionatının mükafatçıları olublar
-
"Tasnim": Tehran İran gəmisini saxladıqdan sonra ABŞ-nin hərbi gəmilərinə zərbə endirib













