Ölkədə qrip virusu yayılıb? - Rəsmi cavab
"Hazırda, qrip və kəskin respirator virus infeksiyaları ilə əlaqədar epidemioloji vəziyyət stabil və nəzarətolunandır".
Far.Az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, fəsil dəyişkənliyi və zəifləyən immunitet fonunda uşaqlar arasında hava-damcı infeksiyalarının artırıb:
"Fəsil dəyişməsi, havaların qeyri-stabil keçməsi, insanlarda mövsümi olaraq immunitetin nisbətən zəifləməsi uşaqlar arasında, xüsusən bağça və məktəblərdə hava-damcı üsulu ilə yayılan bu tip infeksiyaların artması üçün əlverişli şəraitdir Lakin, bu artımlar əhəmiyyətli dərəcədə deyil və təhlükəli hesab olunmur. Tezliklə havaların stabilləşməsi və temperaturunun artması qeyd olunan infeksiyaların yayılma səviyyəsinin azalacağını deməyə əsas verir. Bu infeksiyalar qısamüddətli olub immun sistemi normal olan insanlarda heç bir problem yaratmır. Lakin müxtəlif səbəblərdən immun defisiti olan şəxslər istisnadır, həmin insanlarda yüngül gedişli kəskin respirator virus infeksiyaları fəsadlı gedişlə müşayət oluna bilər".
O qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən vəziyyətin stabilliyi nəzərə alınaraq heç bir məhdudlaşdırıcı tədbirlər görülmür.
"Yalnız insanların çox sayda toplandığı məkanlarda maskadan istifadə olunması tövsiyə olunur",- deyə Təyyar Eyvazov vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
İnfeksionist: Azərbaycanda yeni virusun yayılması xəbəri doğru deyil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
11 illik buraxılış imtahanının nəticələri elan olunub
-
"Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır
-
Starmer: Fransa və Britaniya Hörmüzdə müdafiə xarakterli hərbi missiyaya başlamağa hazırdır
-
Azərbaycanda rekord: katarakta əməliyyatı cəmi 1 dəqiqə 39 saniyəyə icra edildi
-
Martın 9-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub, 3 nəfər maksimal bal toplayıb
-
Qəhvə aşağı təzyiqi "xilas etmir" – həkimlərdən 3 vacib açıqlama













