Fars körfəzindəki gərginlik Hörmüzdə gəmiçiliyin dayanmasına səbəb olub
Bölgədə vəziyyətin gərginləşməsi nəticəsində Hörmüz boğazı vasitəsilə gəmiçilik demək olar ki, tamamilə dayandırılıb.
"Report" "Al-Jazeera"ya istinadən xəbər verir ki, bunu "SynMax" və "Kpler" şirkətlərinin monitorinq və təhlil məlumatları göstərir.
Qeyd olunub ki, son 12 saat ərzində boğazdan yalnız üç keçid qeydə alınıb.
Böyük Britaniyanın sanksiyaları altında olan neft məhsulları daşıyan "Nero" tankeri Fars körfəzini tərk edib və hazırda boğazdan keçir. Daha iki gəmi - kimyəvi tanker və mayeləşdirilmiş neft qazı (LPG) tankeri - ayrı-ayrılıqda bu marşrut vasitəsilə Fars körfəzinə daxil olub.
Xatırladaq ki, aprelin 19-u gecə saatlarında ABŞ-nin idarə olunan raketli "USS Spruance" esminesi Oman körfəzində İran bayrağı altında üzən "TOUSKA" yük gəmisini ələ keçirib. Buna cavab olaraq, İran KİV-i ölkənin Silahlı Qüvvələrinin ABŞ hərbi gəmilərinə dronlarla hücum etdiyini bildirib.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.
Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Saatlarla davam edən müzakirələr razılaşma əldə edilmədən başa çatıb.
ABŞ Prezidenti Donald Tramp aprelin 15-də İran limanlarının dəniz blokadasının saxlanılmasına baxmayaraq, Hörmüz boğazının gəmiçilik üçün açıldığını elan etdi. Bu addım Çinlə münasibətlərin qorunub saxlanılması üçün atılmışdı. Daha sonra, aprelin 18-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bunu atəşkəs razılaşmasının pozulması və İran limanlarının ABŞ hərbçiləri tərəfindən davam edən blokadası ilə əsaslandıraraq, Hörmüzün bağlandığını elan edib.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb
-
Ceyhun Bayramov Banqkokda səfərdədir
-
Azərbaycan Premyer Liqası: "Sumqayıt" və "İmişli" turun son günündə qalib gəlib
-
Mədəyə faydalı qidalar açıqlandı – mütəxəssislərdən tövsiyələr
-
"Turan"ın voleybolçusu Ayşən Abduləzimova: "Bu gün sübut etdik ki, güclü tərəf bizik"
-
"Tasnim": Tehran İran gəmisini saxladıqdan sonra ABŞ-nin hərbi gəmilərinə zərbə endirib













