Azərbaycan və Gürcüstan qəhvəyi mərmər bağacığına qarşı mübarizədə birgə işçi qrupu yaradacaq
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Gürcüstanın Milli Qida Agentliyi arasında Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə əməkdaşlıq üçün razılığa gəliblər.
Bu barədə "Far.Az"a AQTA-dan məlumat verilib.
Bildirilib ki, əməkdaşlıq çərçivəsində operativ idarəetmə mexanizminin formalaşdırılması üçün hər iki ölkənin aidiyyəti qurumlarının nümayəndələrindən ibarət birgə işçi qrupun yaradılması planlaşdırılır. Sözügedən qrup qərarların koordinasiyasını, məlumat mübadiləsini və tədbirlərin planlaşdırılmasını təmin edəcək, eyni zamanda regional əməkdaşlıq strategiyasının hazırlanması üzərində çalışacaq.
Bununla yanaşı, zərərvericinin yayılmasının izlənilməsi məqsədilə sərhədyanı ərazilərdə ikitərəfli razılaşdırılmış monitorinq və mübarizə tədbirləri üzrə məlumat mübadiləsinin aparılması nəzərdə tutulur. Zərərvericinin intensiv miqrasiya dövrlərində bu ərazilərdə paralel və koordinasiyalı mübarizə tədbirlərinin həyata keçirilməsi barədə razılıq əldə olunub. Bu məqsədlə ortaq mübarizə təqviminin hazırlanması planlaşdırılır ki, bu da resurslardan daha səmərəli istifadəni təmin edəcək. Məlumatların sistemli şəkildə toplanması erkən müdaxilə imkanı yaradacaq, nəticədə pestisid istifadəsinin və ümumi xərclərin azalmasına müsbət təsir göstərəcək.
Görüşdə bioloji mübarizə sahəsində təcrübə mübadiləsi də aparılıb. Qeyd olunub ki, bu yanaşma kimyəvi vasitələrin istifadəsinin azaldılmasına və ekosistemə mənfi təsirlərin minimuma endirilməsinə xidmət edir. Transsərhəd zərərvericilərlə mübarizədə regional əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir və bu istiqamətdə birgə fəaliyyət gələcəkdə də davam etdiriləcəkdir.
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
AQTA Qəhvəyi mərmər bağacığı ilə mübarizə çərçivəsində əhaliyə müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ceyhun Bayramov Banqkokda səfərdədir
-
Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb
-
Azərbaycan Premyer Liqası: "Sumqayıt" və "İmişli" turun son günündə qalib gəlib
-
Mədəyə faydalı qidalar açıqlandı – mütəxəssislərdən tövsiyələr
-
"Turan"ın voleybolçusu Ayşən Abduləzimova: "Bu gün sübut etdik ki, güclü tərəf bizik"
-
Nicat Abasov və Aydın Süleymanlı Avropa çempionatının mükafatçıları olublar













