Xəlilur Rəhman: Banqladeş və Azərbaycan XİN-ləri arasında müntəzəm məsləhətləşmələrin keçirilməsini təklif edirik
Far.Az xəbər saytı

Xəlilur Rəhman: Banqladeş və Azərbaycan XİN-ləri arasında müntəzəm məsləhətləşmələrin keçirilməsini təklif edirik


Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman (Khalilur Rahman) Azərbaycanla müntəzəm məsləhətləşmələrin keçirilməsinin təklif edildiyini bildirib.

"Far.Az"un Türkiyə bürosuna açıqlamasında nazir qeyd edib ki, Banqladeş Azərbaycanla ikitərəfli münasibətlərimi daha sistemli və strukturlaşdırılmış şəkildə inkişaf etdirmək niyyətindədir.

"Bu məqsədlə, xarici işlər nazirliklərimiz arasında müntəzəm məsləhətləşmələrin keçirilməsini təklif edirik. Bu mexanizm bir çox ölkələrlə tətbiq etdiyimiz effektiv əməkdaşlıq formatıdır və bizə qarşılıqlı münasibətləri hərtərəfli nəzərdən keçirməyə, əməkdaşlığın prioritet istiqamətlərini müəyyən etməyə və koordinasiyanı gücləndirməyə imkan verir".

O bildirib ki, bu vəzifədə iki aydır ki, fəaliyyət göstərir və bu müddət ərzində qarşılaşdığı ilk məsələlərdən biri İranda yaşayan həmyerlilərinin Bakı üzərindən geri qayıtması ilə bağlı olub.

"Bu prosesdə Azərbaycan hökumətinin göstərdiyi mühüm dəstəyə görə səmimi təşəkkürümüzü bildiririk", - o deyib.

Nazir eyni zamanda, qarşılıqlı olaraq Azərbaycanda və Banqladeşdə səfirliklərinin açılması məsələsini də vurğulayıb:

"Bu addım diplomatik əlaqələrin möhkəmlənməsinə, insanlarımızn təmaslarının genişlənməsinə, ticarət əlaqələrinin inkişafına və ümumi əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəkdir. Viza rejiminin sadələşdirilməsi və ya aradan qaldırılması məsələlərinin də gələcək müzakirələrimizdə yer alacağını planlayırıq".

Oxşar xəbərlər

Banqladeş, Qətər, Pakistan vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Banqladeş səfiri: Beynəlxalq platformalarda Qarabağ məsələsi də daxil olmaqla Azərbaycanın mövqeyini dəstəkləyirik
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər