Son bir həftədə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 133 min manatdan çox ziyan dəyib - RƏSMİ
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt, Abşeron, Qax və Oğuzda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
BAKU.WS xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.
Bildirilib ki, araşdırmalar nəticəsində yaşıllıqlara ümumilikdə 133 140 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Qanunsuz ağac kəsimi halları aşağıdakı ünvanlarda qeydə alınıb:
Bakı şəhəri: Nizami rayonu (Qara Qarayev prospekti, 120A), Səbail rayonu (Badamdar qəsəbəsi, 10-cu Badamdar küçəsi) və Yasamal rayonu (Müzəffər Həsənov küçəsi, 69);
Sumqayıt şəhəri: Səməd Vurğun küçəsi;
Abşeron rayonu: Masazır kəndi, Rafiq Dünyamalıyev küçəsi, 20A;
Qax rayonu: Qazmalar və Tasmalı kəndləri;
Oğuz rayonu: Filfilli və Yaqublu kəndləri.
Hər bir fakt üzrə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.
Oxşar xəbərlər
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Masazır əhalisinə ŞAD XƏBƏR - artıq YEKUNLAŞIR
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hərbi xidmət haqqında qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb
-
"Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır
-
11 illik buraxılış imtahanının nəticələri elan olunub
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək?
-
Avropanın əhalisi 53 milyon azalacaq













