Qadının üzərinə benzin töküb yandıran sevgilisi: "Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim"
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda qadını yandırıb öldürməkdə təqsirləndirilən Röyal Tağıyevin cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.
BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə o, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O, ifadəsində hadisəni ehtiyatsızlıq nəticəsində baş vermiş hal kimi qiymətləndirərək əməlini Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsinə uyğun hesab etdiyini deyib.
İfadəsinə görə, hadisədən əvvəl Röyal mərhum Türkanə Məmmədova ilə təxminən bir ilə yaxın sevgi münasibətində olub. Bildirib ki, hadisədən bir neçə gün əvvəl atası onun bu münasibətinə etiraz edərək əlaqələri kəsməsini tələb edib. Təqsirləndirilən şəxs də bu səbəbdən Türkanə ilə münasibətlərə son qoymaq qərarına gəldiyini qeyd edib: "Həmin axşam Türkanəyə zəng edəndə bir də mənə zəng etməməsini, başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim".
Röyalın sözlərinə görə, hadisə baş verən gün Türkanə Məmmədova ona zəng edərək sonuncu dəfə görüşmək istədiyini bildirib. Təqsirləndirilən şəxs razılaşaraq qadını yaşadığı ünvandan götürüb və birlikdə "Əsrik yolu" adlanan əraziyə yollanıblar. Avtomobildə onların yanında təqsirləndirilən şəxsin qohumu da olub.
Hadisənin baş verdiyi məqamı izah edən Röyal bildirib ki, avtomobili saxladıqdan sonra Türkanə maşından düşərək kənara çəkilib. O isə avtomobildə siqaret yandırıb və bir müddət sonra Türkanənin üzərinə benzin tökdüyünü görüb. Buna mane olmaq üçün ona yaxınlaşdığını, lakin həmin anda əlindəki siqaretin benzinə toxunması nəticəsində alovlanmanın baş verdiyini deyib.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisədən sonra o və yanında olan şəxs dərhal müdaxilə edərək alovu torpaq vasitəsilə söndürüb və zərərçəkmişi xəstəxanaya çatdırıblar. Röyal, həmçinin xəstəxanada Türkanə üçün dərmanlar aldığını qeyd edib.
O, hadisənin qəsdən törədilmədiyini vurğulayaraq söyləyib ki, Türkanə Məmmədovanın bu addımı atmasına səbəb onların ayrılması ilə bağlı yaranmış emosional vəziyyət olub. Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən əvvəl zərərçəkmiş onunla əlaqəni kəsməmək üçün israr edib və hətta özünə zərər yetirə biləcəyini söyləyib.
Bununla yanaşı, Röyal ibtidai istintaq zamanı ona təzyiq göstərildiyini də iddia edib.
Məhkəmənin hökmü ilə Röyal Tağıyev 9 il azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Vardanyan Paşinyanın, ATƏT-in Minsk qrupu üzvlərinin və BQXK nümayəndələrinin dindirilməsini xahiş edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Məcburi köçkün düşən, yaralanan, girovluqda işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə veriblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır
-
Bakı metrosu fəaliyyətini bərpa edib - YENİLƏNİB 5
-
Metronun bağlanması səbəbindən avtobuslarda SIXLIQ VAR
-
İrəvanda İspaniyanın fəxri konsulluğu açılıb
-
Metropoliten: Hadisə baş verən anda xətdə 30 qatar olub, 4-ü tuneldə qalıb
-
Bakı metrosunun stansiya rəisi ÖLÜB













