Deyan Stankoviçin adı İtaliyada qanunsuz xidmətlərin təşkili ilə bağlı qalmaqalda hallanır
Far.Az xəbər saytı

Deyan Stankoviçin adı İtaliyada qanunsuz xidmətlərin təşkili ilə bağlı qalmaqalda hallanır


"İnter"in və Serbiya millisinin sabiq futbolçusu, hazırda ölkəsində "Srvena Zvezda" klubunun baş məşqçi vəzifəsində çalışan Deyan Stankoviç İtaliyada böyük qalmaqalla üzləşib.

"Far.Az" "il Giornale"yə istinadən xəbər verir ki, mütəxəssisin adına qeydiyyatda olan nömrədən şənliklərdə qanunsuz xidmətlərin təşkilində şübhəli bilinən bir şirkətə dəfələrlə telefon zəngi edilib.

Qalmaqalda İtaliyanın "Torino" klubunun müdafiəçisi Markus Pedersen, "Sassuolo"nun yarımmüdafiəçisi Kristian Volpato ilə yanaşı, "İnter" və "Milan"ın bəzi üzvlərinin, həmçinin A Seriyasında çıxış edən təxminən 50-yə yaxın oyunçunun adları hallanır.

Qanunsuz tədbirlərin İtaliya ilə yanaşı, Yunanıstanın Mikonos adasındakı lüks otellərdə və gecə klublarında təşkil olunduğu bildirilib.

Milan prokurorluğu məsələ ilə bağlı araşdırmalara başlayıb.

Oxşar xəbərlər

"İnter"in sabiq futbolçusu Serbiya klubunun baş məşqçisi təyin olunub
Diplomları dünyanın 170-dən çox ölkəsində tanınan azərbaycanlılar - FOTOREPORTAJ
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin təşkilində 2 min könüllü iştirak edir
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər