Azərbaycanda çimərlik futbolu üzrə Superliqa və Gənclər Liqasının təşkili iyunda nəzərdə tutulub
Far.Az xəbər saytı

Azərbaycanda çimərlik futbolu üzrə Superliqa və Gənclər Liqasının təşkili iyunda nəzərdə tutulub


Azərbaycanda çimərlik futbolu üzrə Superliqa və Gənclər Liqasının təşkili iyunda nəzərdə tutulub.

Bunu "Report"a açıqlamasında Azərbaycan Çimərlik Futbolu Federasiyasının direktoru Rüfət Həsənov bildirib.

Federasiya rəsmisi turnirlərin təşkili və iştirakçıların müəyyənləşməsi prosesi haqqında məlumat verib:

"Hazırda komandalardan müraciətlərin qəbulu prosesi başlayıb. İştirakçı sayı dəqiqləşdikdən sonra yarışın formatı və əsasnaməsi hazırlanacaq. Çox güman ki, oyunlar qrup sistemi ilə keçiriləcək. Adətən 8 komanda hərəsində 4 kollektiv olmaqla iki qrupda mübarizə aparır. Üç günlük qrup oyunlarından sonra yarımfinal və final matçları baş tutur. Turnirlərin iyunda keçirilməsi nəzərdə tutulur".

Mütəxəssis liqalarda yaş qrupları və qadınların iştirakı məsələsinə toxunub:

"Gənclər Liqası və Azərbaycan çempionatı hər il mütəmadi olaraq təşkil edilir. Gənclər arasında yarışın hansı yaş qrupu üzrə keçiriləcəyi sifarişlərdən asılı olacaq. Ehtimal ki, bu, U-14 yaş qrupu olacaq, lakin U-10 səviyyəsində də turnirin təşkili mümkündür. Xanımlar arasında yarışın keçirilməsi isə hazırda planlaşdırılmır".

R.Həsənov çempion olan komandaların əldə edəcəyi imtiyazları diqqətə çatdırıb:

"Böyüklər arasında qalib gələn klub Azərbaycan çempionu olmaqla yanaşı, həm də beynəlxalq arenada ölkəni təmsil etmək hüququ qazanır. Çempion olan kollektiv hər il may-iyun aylarında keçirilən "Euro Winners Cup" turnirinə vəsiqə əldə edir. Ötən il VTB çempion olsa da, müəyyən səbəblərdən həmin yarışda iştirakdan imtina etmişdi. Gənclər Liqasında isə qalib gələn tərəf Azərbaycan çempionu tituluna sahib çıxır. Oyunların iyunda Su İdmanı Sarayının ərazisindəki meydançada keçirilməsi planlaşdırılır".

Qeyd edək ki, çimərlik futbolu üzrə Azərbaycan Superliqasının son qalibi VTB komandası olub.

Oxşar xəbərlər

İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər