Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
Far.Az xəbər saytı

Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib


İspaniyalı mütəxəssis Xosep Qvardiola Səudiyyə Ərəbistanından aldığı bir neçə təklifi nəzərdən keçirməkdən imtina edib.

"Report" "Sport" nəşrinə istinadən xəbər verir ki, bu barədə 55 yaşlı məşqçinin agenti Xosep Mariya Orovits açıqlama verib.

Onun sözlərinə əsasən, son günlər vasitəçilər Qvardiolaya Səudiyyə Ərəbistanından bir neçə təklif çatdırıblar. Lakin baş məşqçi bu təklifləri müzakirə etmək istəməyib.

Agent bildirib ki, Qvardiola gələcək karyerası ilə bağlı qərarını növbəti mövsümün startınadək müzakirə etməyi planlaşdırmır.

Daha əvvəl Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu və ölkənin Futbol Federasiyasının təcrübəli mütəxəssisin xidmətində maraqlı olduğu barədə məlumat yayılmışdı.

Xatırladaq ki, Qvardiola 2026-cı ilin yayında "Mançester Siti"dən ayrılıb. O, 2016-cı ildən etibarən çalışdırdığı İngiltərə klubu ilə 6 dəfə Premyer Liqanın qalibi olub, 2023-cü ildə isə UEFA Çempionlar Liqasını qazanıb. Mütəxəssis karyerası ərzində "Barselona" və "Bavariya" klublarına da rəhbərlik edib.

Oxşar xəbərlər

WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər