ABŞ Venesuelaya Maduro üçün hüquqi xidmətlərin haqqını ödəməyə icazə verib
ABŞ Venesuela hökumətinə Bolivar Respublikasının keçmiş prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresin hüquqi müdafiəsinin haqqını ödəmək imkanı verib.
"Far.Az" xəbər verir ki, müvafiq məlumat Nyu-York ştatının Cənub Dairəsi Federal Məhkəməsinin elektron sistemində dərc olunmuş sənəddə yer alıb.
"Tərəflər müştərək olaraq məhkəməyə məlumat verirlər ki, Xarici Aktivlərə Nəzarət İdarəsi Nikolas Maduro və Siliya Floresə hüquqi xidmətlərin göstərilməsi ilə bağlı yenilənmiş lisenziyalar buraxıb. Bu lisenziyalar müdafiə vəkillərinə müəyyən şərtlər daxilində Venesuela hökumətindən ödəniş qəbul etməyə imkan verir, - hakim Elvin Hellerstayna göndərilmiş müraciətdə deyilir.
Bu qərar əsasında Maduronun vəkilləri müdafiəçilərin işinin haqqını ödəmək imkanının olmaması səbəbindən Venesuela liderinin məhkəmə təqibinin dayandırılmasını tələb etdikləri və əvvəllər verdikləri vəsatətləri geri götürüblər. Bundan əlavə, hər iki tərəf iş üzrə növbəti dinləmənin iki ay müddətində təyin olunması xahişi ilə müraciət edib.
Xatırladaq ki, yanvarın 3-də Amerika lideri Donald Tramp ABŞ-nin Venesuelaya genişmiqyaslı, uğurlu zərbə endirdiyini elan edib. O, Bolivar Respublikasının Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin tutularaq Venesuela ərazisindən çıxarıldığını bildirib.
İki gün sonra, 5 yanvarda Venesuela lideri və həyat yoldaşı ittiham irəli sürülmək üçün Nyu-York məhkəməsi qarşısına çıxarılıblar. O, məhkəmədə təqsirsiz olduğunu bildirib və hələ də ölkəsinin prezidenti olduğunu əlavə edib. ABŞ məhkəməsi konsulluq rəsmilərinin Venesuelaya səfər etməsinə icazə verməyə razı olub.
Maduro və həyat yoldaşının ikinci məhkəmə iclası martın 26-da Nyu-York federal məhkəməsində hakim Elvin Hellerstaynın iştirakı ilə keçirilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Maduro işi üzrə növbəti məhkəmə iclası martın 17-si keçiriləcək - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kamran İmanov: Süni intellekt əqli mülkiyyətin inkişafına mühüm töhfə verir
-
Ailəsi tərəfindən atılan üç azyaşlı uşağın SON VƏZİYYƏTİ
-
Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib - SİYAHI
-
Azərbaycan ilə Çexiya Müdafiə nazirlikləri arasında "İkitərəfli hərbi əməkdaşlıq planı" imzalanıb
-
Azərbaycanda I rübdə müavinət və təqaüd ödənişləri 561 milyon manata çatıb
-
Azərbaycanda çimərlik futbolu üzrə Superliqa və Gənclər Liqasının təşkili iyunda nəzərdə tutulub













