Bu gün Həmidə Ömərovanın doğum günüdür
Far.Az xəbər saytı

Bu gün Həmidə Ömərovanın doğum günüdür


Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür. Onun 68 yaşı tamam olur.

Far.Az xatırladır ki, Həmidə Ömərova 25 aprel 1957-ci ildə Bakıda müəllim ailəsində anadan olub.

1975-1979-cu illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb.

1979-1993-ci illərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, 1992-1993-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb.

Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində iştirak edib.

Kino haqqında "Azərbaycan kinosunda feminizm", "ABŞ kinosu: 1895-1945-ci illər", "Amerika kino tarixi" kitablarının müəllifidir.

1986-cı ildən Azərbaycan Dövlət Televiziyasında "Retro" kinozalı verilişinin aparıcısı, 2002-ci ildən "Kinoştrix" verilişinin ssenari müəllifi olub.

Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. Azərbaycanın Xalq artisti, Prezident təqaüdçüsüdür.

Həmidə Ömərova "Şəfiqə" ("Qızıl uçurum" filmində), "Zümrüd" ("Yol əhvalatı"), "Zeynəb" ("Babamızın babasının babası"), "Telli" ("Qorxma, mən səninləyəm"), "Afaq" ("Nizami"), "Nazlı" ("Şirbalanın məhəbbəti"), "Zivər" ("Doğma sahillər") və s. obrazlar yaradıb.

1986-cı ildə Respublika Lenin Komsomolu mükafatına, 1988-ci ildə Azərbaycan Respublikasının "Əməkdar artisti", 2005-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb.

Peşəkar aktrisa indi televiziya seriallarında çəkilir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Xalq artisti Həmidə Ömərovanın 68 yaşı tamam olur
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Xalq artisti Əminə Yusifqızı dəfn olunub
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər