Rabatda keçirilən "Mədəniyyətlər Günü" adlı tədbirdə Azərbaycan stendi maraqla qarşılanıb
Mərakeşin paytaxtı Rabat şəhərində yerləşən "Rabat American School"da "Mədəniyyətlər Günü" adlı tədbir keçirilib.
"Far.Az" xəbər verir ki, 21 ölkənin nümayəndələrini bir araya gətirən tədbirə Azərbaycan ardıcıl dördüncü il öz zəngin mədəniyyətini və qonaqpərvərlik ənənələrini təqdim edib.
Ölkəmizin milli stendi bu il də ziyarətçilərin böyük marağına səbəb olub. Qonaqlar Azərbaycan tarixi, adət-ənənələri və mədəni irsi ilə yaxından tanış olublar.
Ziyarətçilərə Azərbaycan milli mətbəxinin ləziz nümunələri - dovğa, qutab, paxlava, eləcə də qonaqpərvərliyin simvoluna çevrilmiş limonlu çay təqdim olunub. Eyni zamanda, milli geyimlər böyük maraqla qarşılanıb. Bu, Azərbaycan mədəniyyətinin estetik gözəlliyini daha yaxından hiss etməyə imkan verib.
Azərbaycanın tədbirdəki iştirakının ayrılmaz hissəsi milli rəqslər olub. Qonaqlara Azərbaycan milli musiqisi ilə tanış olmaq və rəqslərin əsas hərəkətlərini sınamaq imkanı yaradılıb. Bu da müxtəlif yaş qruplarından olan iştirakçılar üçün canlı, şən və birləşdirici atmosfer formalaşdırıb.
Tədbir ümumilikdə isti və dostluq mühitində keçərək xalqlar arasında mədəni mübadilənin və qarşılıqlı hörmətin əhəmiyyətini bir daha göstərib. "Mədəniyyətlər Günü" bir daha sübut edib ki, mədəni müxtəliflik qarşılıqlı zənginləşmə, ilham və beynəlxalq dostluğun möhkəmlənməsi üçün mühüm dəyərdir.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Türkiyə mətbəxinin ləziz məkanı "Günaydın" restoranına "5 ulduz" sertifikatı verildi
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Turistlərin sevimli şəhərinə çevrilmiş paytaxt Bakı
Məşhur müğənni niyə səhnədə niyə açıq-saçıq geyimlər geyinmir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün IX sinif şagirdləri imtahan veriblər - YENİLƏNİB
-
Trampın iştirak etdiyi tədbirdə silahı insident: Prezident və xanımı təxliyə edildi
-
Tramp qəbulu zamanı atəş açan şəxsin saxlanıldığını açıqlayıb
-
Yaponiyada 1400 yanğınsöndürən güclü meşə yanğınları ilə mübarizə aparır
-
Ağ Ev: Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir
-
ABŞ-nin ədliyyə naziri: Trampın qəbulunda baş verən atışma ilə bağlı istintaq davam edir













