MSK yenidən formalaşdırılır
Milli Məclisdə Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bugünkü plenar iclasda hakim Yeni Azərbaycan Partiyasının, parlamentdə azlıq təşkil edən müxalifət partiyalarının və bitərəf deputatların MSK üçün namizədlərinin adları irəli sürülüb.
Aşağıdakı şəxslərin MSK-nın üzvləri təyin edilməsi təklif olunub:
Abdullayeva Sevinc Qurban qızı, Cavadov Fuad Musa oğlu, Əsgərov Bəxşeyiş Məmməd oğlu, Əsgərova Nailə Şahmərdan qızı, Həsənov Tofiq Eldar oğlu, Xələfov Elçin Abuzər oğlu, İbrahimov Ramiz Hilal oğlu, Qasımov Rövzət Afət oğlu, Qəhramanlı Almas Əlisultan qızı, Quliyev Etibar Cəfər oğlu, Məmmədov Elmar Eldar oğlu, Məmmədov İlham Sabir oğlu, Muxtarova Arifə Ağaverdi qızı, Orucov Qabil Əhməd oğlu, Paşayev Hüseyn Məmməd oğlu, Pənahov Məzahir Məhəmməd oğlu, Rəhimov Mikayıl Rəhman oğlu, Şahbazov İlkin Zaur oğlu.
Əvəzedici üzvlərin isə aşağıdakılar seçilməsi təklif edilib:
Cəlilova Aysel Zaur qızı, Qarayeva Züriyə Ruslan qızı, Mustafayeva Elnarə Eyyub qız.
Qərar layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq, bir oxunuşda qəbul edilib.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyasının üzvləri sonuncu dəfə Milli Məclisin 2021-ci il aprelin 27-də keçirilən plenar iclasında seçiliblər.
MSK 18 üzvdən ibarətdir və onlar Milli Məclis tərəfindən seçilir.
MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir.
Oxşar xəbərlər
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün IX sinif şagirdləri imtahan veriblər - YENİLƏNİB
-
Süd BAHALAŞACAQ
-
Estoniyaya aid patrul gəmisi Rusiya sərhədini pozub
-
İranda "İnternet Pro" məhdudiyyətləri müvəqqəti xarakter daşıyır
-
7 yaşlı Səid fitri istedadı ilə hər kəsi heyrətləndirdi
-
Azərbaycan hərbçiləri "EFES-2026" təlimində iştirak üçün Türkiyəyə yola düşüblər













