Ağdərədə  "Prezident Kuboku 2026" beynəlxalq reqatası start götürüb
Far.Az xəbər saytı

Ağdərədə "Prezident Kuboku 2026" beynəlxalq reqatası start götürüb


Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku 2026" reqatası Ağdərədə start götürüb.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, Qarabağın dilbər guşəsi Ağdərədə təşkil olunan tədbirdə əvvəlcə Dövlət Himninin səsləndirilib.

Sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca reqatanın ilk dəfə Sərsəng su anbarında keçirilməsinin qürurverici olduğunu bildirən gənclər və idman naziri Fərid Qayıbov təşkilatçılığın ildən-ilə təkmilləşdiyini deyib.

Nazir idmançıların yarışdan zövq alacaqlarına inandığını bildirib.

Ardınca nümunəvi çıxışlar start götürüb. Tədbir çərçivəsində milli musiqi və rəqs nümunələri də nümayiş etdirilib.

Daha sonra akademik avarçəkmə, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlar üzrə idmançıların nümunəvi çıxışları və ilk yarışlar keçirilib. İştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər su üzərində dövrə vurublar.

Qeyd edək ki, "Prezident Kuboku 2026" beynəlxalq reqatasının rəsmi açılış mərasimi sabah Mingəçevirdə keçiriləcək.Yarışda Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Reqataya mayın 1-də yekun vurulacaq.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Bakı Avarçəkmə və Kanoe İdman Klubunda tələbələr üçün təlim keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər