Emin Əmrullayev: "IE Mərkəzi azərbaycanlı peşəkarlara əlaqələrini təkmilləşdirməyə kömək edəcək"
Far.Az xəbər saytı

Emin Əmrullayev: "IE Mərkəzi azərbaycanlı peşəkarlara əlaqələrini təkmilləşdirməyə kömək edəcək"


Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin yaradılması azərbaycanlı peşəkarlara öz əlaqələrini təkmilləşdirməyə kömək edəcək.

"Far.Az" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin yaradılması üzrə Anlaşma Memorandumunun imzalanma mərasimində bildirib.

Onun sözlərinə görə, bu təşəbbüs hökumət, özəl sektor və biznes sənayesi əməkdaşlığının çox vacib nümunəsidir: "İnanıram ki, bu təşəbbüs yenə də azərbaycanlı peşəkarlara öz əlaqələrini təkmilləşdirməyə, böyük və qlobal bir məsələnin parçası olmağa kömək edəcək. Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin yaradılması ali təhsilin daha əlçatan, daha münasib olması və Azərbaycanın ali təhsil ekosisteminin daha da beynəlmiləlləşməsi ilə bağlı həyata keçirilən siyasətə tam uyğundur".

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər