Sanae Takaiti Vyetnam və Avstraliya liderləri ilə danışıqlar aparacaq
Far.Az xəbər saytı

Sanae Takaiti Vyetnam və Avstraliya liderləri ilə danışıqlar aparacaq


Yaponiyanın Baş naziri Sanae Takaiti həftə sonunda Vyetnam və Avstraliyanı əhatə edən beşgünlük turneyə başlayacaq.

"Report" "Kyodo" agentliyinə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Minoru Kihara bildirib.

"Səfərin məqsədi iqtisadi və müdafiə əlaqələrinin möhkəmləndirilməsidir. Tokio Yaxın Şərqdəki münaqişə fonunda, həmçinin Çinin regionda artan fəallığını nəzərə alaraq əsas resursların tədarük zəncirlərinin dayanıqlığını gücləndirməyə çalışır", - məlumatda deyilir.

Kiharanın sözlərinə görə, Vyetnam və Avstraliya ilə münasibətlərin inkişafı "azad və açıq Hind-Sakit okean regionu" konsepsiyası üçün həlledici əhəmiyyətə malikdir.

Takaiti mayın 2-də Vyetnamda bu ölkənin Kommunist Partiyasının baş katibi To Lam və Baş nazir Le Min Hınqla danışıqlar aparacaq.

O, mayın 4-də Avstraliyada Baş nazir Entoni Albaneze ilə danışıqlar aparacaq. Tərəflərin milli və iqtisadi təhlükəsizlik sahəsində əməkdaşlıq da daxil olmaqla strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi barədə razılığa gələcəyi gözlənilir.

Oxşar xəbərlər

İlham Əliyev "Vietnam News Agency" agentliyinə müsahibə verib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Entoni Hopkins Çarlz Darvin rolunu canlandıracaq
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər