ADY və Premium Bankdan qatarla səyahətdə yenilik: Millər biletə çevrilir
Far.Az xəbər saytı

ADY və Premium Bankdan qatarla səyahətdə yenilik: Millər biletə çevrilir


"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qatarla səyahətdə yeni təcrübə yaradan tərəfdaşlığa başlayıb.

Far.Az xəbər verir ki, Premium Bankın "AllMiles" loyallıq proqramı çərçivəsində həyata keçirilən birgə layihə ilə sərnişinlər səfər biletlərini topladıqları millər qarşılığında əldə edə biləcəklər.

Yeni inteqrasiya sayəsində "AllMiles" proqramının istifadəçiləri balanslarındakı millərlə ADY-nin ölkədaxili səfərlərinə biletləri rahat və sürətli şəkildə alacaqlar – Premium Bank kartları ilə gündəlik xərclər qarşılığında qazanılan millər real dəyərə çevrilərək qatarla tam yeni səyahət təcrübəsi yaradacaq.

Tərəfdaşlığın məqsədi sərnişinlərə daha innovativ və rahat xidmətlər təqdim etməkdir. "AllMiles" proqramının dəmir yolu ilə sərnişindaşımaya inteqrasiyası istifadəçilərə əlavə üstünlüklər qazandıraraq səyahəti daha çevik və müasir edir.

Bu yeni layihə nəqliyyat və bank sektorları arasında sinerji yaratmaqla ölkədə rəqəmsal loyallıq həllərinin inkişafına da mühüm töhfə verəcək.

Oxşar xəbərlər

Səyahət dünyasına yeni nəfəs: Premium Bank AllMiles tətbiqinin rəsmi siması "Boomi" təqdim olundu!
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər