AMEA-nın vəzifəli şəxsi dünyasını dəyişdi
Far.Az xəbər saytı

AMEA-nın vəzifəli şəxsi dünyasını dəyişdi


Bu gün AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Hacıbala oğlu Şükürlü vəfat edib.

Far.Az xəbər verir ki, Yusif Şükürlü 2014-cü il 16 oktyabr tarixində AMEA Rəyasət Heyətinin qərarı ilə Şəki Regional Elmi Mərkəzinə direktor təyin olunub və bu vəzifədə çalışdığı müddətdə mərkəzin elmi və təşkilati inkişafına mühüm töhfələr verib.

O, 1975-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına daxil olmuş, eyni zamanda Şəki Regional Elmi Mərkəzdə əmək fəaliyyətinə laborant kimi başlayıb.

1976-cı ildən kiçik elmi işçi kimi fəaliyyət göstərmiş, 1977-ci ildə AMEA-nın Radiasiya Problemləri İnstitutuna köçürülərək 1987-ci ilə qədər burada kiçik elmi işçi vəzifəsində çalışmış, 1987–1990-cı illərdə baş elmi işçi olub.

Yusif Şükürlü "Fibroinin molekulyar və ifratmolekulyar quruluşuna selenin təsiri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1990-cı ildən etibarən Şəki Regional Elmi Mərkəzdə fəaliyyətini davam etdirən Yusif Şükürlü uzun illər "Biofizika" laboratoriyasına (indiki Ekoloji biofizika şöbəsi) rəhbərlik etmiş, 2025-ci ilə qədər bu sahədə səmərəli elmi-tədqiqat işi aparıb.

AMEA-nın vəzifəli şəxsi dünyasını dəyişdi

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər