Alimlər ilk dəfə yatan iki insanın şüurları arasında əlaqə qura biliblər
Alimlər ilk dəfə yuxu zamanı insanlar arasında ikitərəfli əlaqə qura biliblər.
“Far.Az” xəbər verir ki, bu barədə “Daily Mail” “REMspace” şirkətinə istinadən yazıb.
“REMspace” – yuxu keyfiyyətini yaxşılaşdırmaq və şüurlu yuxugörmə texnologiyaları hazırlayan Kaliforniya startapıdır.
Nəşrin məlumatına görə, alimlər xüsusi avadanlıq vasitəsilə evin müxtəlif künclərində yatan iki insanın şüurunu əlaqələndirə və onlar arasında ismarış mübadiləsi edə biliblər.
“REMspace”in baş direktoru və təsisçisi Maykl Raduqa bildirib ki, əvvəllər yuxuda ünsiyyət elmi fantastika kimi görünsə də, sabah adi bir şey ola bilər.
Eksperiment iştirakçılarının beyin dalğaları məsafədən serverə məlumat ötürən cihaz vasitəsilə izlənilirdi. Təcrübə iştirakçılarından biri şüurlu yuxuya daxil olan kimi server təsadüfi söz yaradır və onu qulaqlıq vasitəsilə tədqiqat iştirakçısına ötürürdü. İkinci iştirakçı oyandıqda sözü təkrarlaya bilirdi.
Eyni zamanda, “REMspace” bu eksperimenti başqa bir cütlüklə də təkrarlaya bilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
“HONOR”, IFA 2024-də rekord qıran “HONOR Magic V3” ilə gələcəkdə yeni imkanlara qapı açır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA Avropa Liqası: "Budyo Qlimt" - "Qarabağ" oyunu start götürüb
-
Cinayət əlamətləri olmayan məişət zorakılığı şikayətlərinə yeni qaydada baxılması ilk oxunuşda təsdiqlənib
-
UEFA Avropa Liqası: "Budyo Qlimt" - "Qarabağ" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-4
-
Nazirlik COP29 çərçivəsində müzakirə olunacaq sosial mövzuları açıqlayıb
-
Alimlər mikroplastiklərin hava və iqlimə mənfi təsirini aşkarlayıblar
-
Alimlər: Süni qaralma dəri xərçəngi xəstəliyinə səbəb olur