Böyük Britaniya parlamenti "Mandelson işi" üzrə Starmerin hərəkətlərini araşdırmaqdan imtina edib
Böyük Britaniya parlamenti Piter Mandelsonun Böyük Britaniyanın ABŞ-dəki səfiri təyin edilməsi işi üzrə Baş nazir Kir Starmerə qarşı araşdırmanın başlanmasının əleyhinə səs verib.
"Far.Az" "Reuters"ə istinadən xəbər verir ki, təşəbbüs Kemi Badenokun rəhbərlik etdiyi müxalif Mühafizəkarlar Partiyası tərəfindən irəli sürülüb.
Müzakirələrə səbəb Starmerin Mandelsonun təyinat proseduru ilə bağlı verdiyi açıqlamalar olub. Baş nazir əvvəllər iddia edirdi ki, onun təyinatı zamanı müvafiq prosesə tam əməl olunub. Lakin sonradan cinsi cinayətlərə görə məhkum edilmiş mərhum amerikalı maliyyəçi Ceffri Epşteynlə əvvəllər düşünüldüyündən daha sıx əlaqələrinin olduğu barədə məlumatlar ortaya çıxdıqdan sonra Mandelson istefaya göndərilib.
Səsvermənin yekunlarına əsasən, 335 deputat məsələnin İcmalar Palatasının İmtiyazlar Komitəsinə verilməsinin əleyhinə çıxıb, 223 parlamentari isə araşdırmanı dəstəkləyib.
Starmer bildirib ki, Mandelson Epşteynlə münasibətlərinin xarakteri barədə onu çaşdırıb. Baş nazirin sözlərinə görə, namizədliyin yoxlanılmasına dair məlumatların bir hissəsi məmurlar tərəfindən ondan gizlədilib və bu məlumatlar olsaydı, o, təyinatla bağlı qərar qəbul etməzdi.
Əgər İmtiyazlar Komitəsi Starmerin parlamenti bilərəkdən çaşdırdığı qənaətinə gəlsəydi, bu, ciddi siyasi böhrana səbəb ola və onun istefası məsələsini gündəmə gətirə bilərdi.
Starmer özü mühafizəkarların təşəbbüsünü mayın 7-nə təyin edilmiş yerli və regional seçkilər ərəfəsində siyasi manevr adlandırıb. Mühafizəkarların lideri Kemi Badenok isə öz növbəsində bildirib ki, Starmerin Leyboristlər Partiyasının deputatlarına araşdırmanın əleyhinə səs vermək barədə göstərişi onun siyasi zəifliyindən xəbər verir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda "birbaşa gömrük təmsilçiliyi" imkanları artırılır
-
Trampın qəbulunda atışmada şübhəli bilinən şəxsə yeni ittihamlar irəli sürülə bilər
-
Kubanıçbek Omuraliyev və Anar Əliyev TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
-
Bank kartları necə oğurlanır? - Ən təhlükəli üsullar və riskli ölkələr
-
Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb
-
Rubio: İranın Ali liderinin ölümünə dair heç bir dəlil yoxdur













