Şuşaya gedən ailə qəzaya düşdü: Ölən və yaralanan var
Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, aprelin 29-da saat 00:30-da üç nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasının, 1 nəfər isə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2018-ci il təvəllüdlü şəxs (kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb. Hazırda üç nəfərin müalicəsi müvafiq şöbələrdə davam etdirilir. 1970-ci il təvəllüdlü şəxsin (qadın) vəziyyəti ağır, 1992-ci il təvəllüdlü (qadın) şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.
Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan 1967-ci il təvəllüdlü şəxsin (kişi) isə vəziyyəti orta ağırdır. Qeyd edək ki, hadisə ilə əlaqədar 2016-cı il təvəllüdlü şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilir.
*** 10:18
Yevlax rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Far.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Kövər kəndi ərazisində qeydə alınıb.
1967-ci il təvəllüdlü Şakir Həsənovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Nəticədə avtomobildə olan 2016-cı il təvəllüdlü Südabə Əliyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
"Sədərək"də baş verən yanğında xəsarət alanların sayı 13 nəfərə çatdı - TƏBİB
"Sədərək" ticarət mərkəzindəki yanğın tam söndürülüb
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda "birbaşa gömrük təmsilçiliyi" imkanları artırılır
-
Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb
-
Bank kartları necə oğurlanır? - Ən təhlükəli üsullar və riskli ölkələr
-
"Politico": Ekspertlər Trampın ritorikası səbəbindən neft bazarındakı gərginliyin daha da pisləşəcəyini gözləyirlər
-
Devid Morens ABŞ-də COVID-19 sənədlərini gizlətməkdə ittiham olunur
-
"Reuters": ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir













