Musa Qasımlı: Azərbaycan ölkədəki alman tarixi və mədəni irsinin qorunmasını təmin edir
Far.Az xəbər saytı

Musa Qasımlı: Azərbaycan ölkədəki alman tarixi və mədəni irsinin qorunmasını təmin edir


Azərbaycan dövləti ölkədəki alman tarixi və mədəni irsinə böyük hörmətlə yanaşır, onun qorunub saxlanılmasını təmin edir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı Azərbaycanda səfərdə olan Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə işçi qrupunun rəhbəri Mirze Edisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

O, Azərbaycan Prezidentinin 2016-cı ildə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında Sərəncam imzaladığını vurğulayaraq bunun alman xalqına hörmət və diqqətin bariz nümunəsi olduğunu bildirib.

Söhbət zamanı ötən müddət ərzində Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə əməkdaşlığın sürətlə inkişaf etdiyi, siyasi, iqtisadi, humanitar əlaqələrin daha da dərinləşməsi üçün geniş imkanların olduğu, ölkədə bir çox alman şirkətlərinin uğurla fəaliyyət göstərdiyi söylənilib.

Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə işçi qrupunun rəhbəri Mirze Edis səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürünü ifadə edərək Almaniya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafının tərəflər üçün faydalı olduğunu söyləyib. O, ölkəyə səfərləri çərçivəsində Almaniya nümayəndə heyətinin Göygöl və Şəmkir rayonlarında, Xankəndi və Şuşa şəhərlərində olduğunu söyləyərək öz təəssüratlarını bölüşüb.

Qonaq parlamentlərarası əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışıb, Almaniya Bundestaqının fəaliyyəti, rəhbərlik etdiyi dostluq qrupu barədə söhbət açıb, ölkələr arasında münasibətlərin inkişafında qanunverici orqanların birgə işinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər