Qəzalı evdə yaşayan Çernobıl əlili niyə mənzillə təmin edilmir? - RƏSMİ AÇIQLAMA
Masallı rayon sakini, II qrup Çernobıl əlili Tahir Abdullayev illərdir beş nəfər ailə üzvü ilə birlikdə qəzalı vəziyyətdə olan evdə yaşadığını bildirir.
O, Baku TV-nin qaynar xəttinə müraciət edərək deyib ki, 2015-ci ildən mənzil növbəsində olsa da, bu günə qədər evlə təmin olunmayıb.
Tahir Abdullayevin sözlərinə görə, ilkin mərhələdə sənədlərdə texniki səhv baş verib və ailə üzvlərinin adları sərəncama daxil edilməyib. Daha sonra düzəliş edilsə də, məsələ həllini tapmayıb:
"Sosial Xidmətlər Agentliyi tərəfindən mənə birotaqlı mənzil ayrılmışdı. Dərhal İcra Hakimiyyətinə müraciət etdim, sənədlərdə düzəliş edildi və yeni sərəncam Agentliyə göndərildi. Bildirdilər ki, bir aya komissiya toplanacaq. Amma uzun müddət keçsə də, heç bir nəticə olmadı".
Şikayətçi əlavə edib ki, yaşadığı ev ciddi şəkildə deformasiyaya uğrayıb, divarlarda dərin çatlar yaranıb və tikili hər an uçmaq təhlükəsi ilə üz-üzədir:
"Evin bir tərəfi çöküb. Burada yaşamağa məcburuq. Kiçik bir zəlzələ olsa, ev tamamilə dağılacaq".
Sosial Xidmətlər Agentliyindən isə bildirilib ki, Tahir Abdullayevin sənədlərinə baxış zamanı onun Masallı rayonunda istifadəsində fərdi yaşayış evinin olduğu müəyyən edilib.
Qeyd olunub ki, Mənzil Məcəlləsinə əsasən, mülkiyyətində yaşayış sahəsi olan vətəndaşa sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsinin ümumi ölçüsü müəyyənləşdirilərkən həmin əmlak da nəzərə alınır.
Bu səbəbdən vətəndaşın Masallı rayonunda olan əmlakı da hesablanaraq onun birotaqlı mənzillə təmin olunması nəzərdə tutulub.
Agentlikdən əlavə olunub ki, Tahir Abdullayevin sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə qanunvericiliyə uyğun şəkildə növbəlilik qaydasında baxılacaq.
Oxşar xəbərlər
DSX-nin 270 hərbçisi mənzillə təmin olunub
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Məşhur müğənni niyə səhnədə niyə açıq-saçıq geyimlər geyinmir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Politico": Ekspertlər Trampın ritorikası səbəbindən neft bazarındakı gərginliyin daha da pisləşəcəyini gözləyirlər
-
Devid Morens ABŞ-də COVID-19 sənədlərini gizlətməkdə ittiham olunur
-
"Reuters": ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir
-
Mingəçevirdə "Prezident Kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib
-
İsrail Livanın cənubunda "Hizbullah"ın iki tunelini məhv edib
-
Leyla Əliyeva Qəbələdən ailəvi foto paylaşdı













