Dünya Bankı: "Azərbaycan İES-Nəvahi" elektrik xəttinin çəkilməsi 2028-ci ilə qədər başa çatacaq
Far.Az xəbər saytı

Dünya Bankı: "Azərbaycan İES-Nəvahi" elektrik xəttinin çəkilməsi 2028-ci ilə qədər başa çatacaq


"Azərbaycan İES" və "Nəvahi" yarımstansiyalarını birləşdirəcək təkdövrəli hava elektrik verilişi xəttinin (gərginliyi 500 kV, uzunluğu 235 km) tikintisinin 2028-ci ilə qədər başa çatdırılması planlaşdırılır.

"Far.Az" "AzərEnerji" ASC-nin Dünya Bankının saytında dərc olunmuş planına istinadən xəbər verir ki, tikinti işlərinin 2026-cı ilin ikinci rübündə başlanması, 2027-ci ilin dördüncü rübündə isə başa çatdırılması nəzərdə tutulub.

Bu işlər Azərbaycanın enerji təhlükəsizliyinin artırılmasına və enerjinin dayanıqlı idarə olunması məqsədlərinə nail olunmasına yönəlmiş AZURE layihəsi çərçivəsində nəzərdə tutulub. Onun əsas vəzifələrinə bərpa olunan enerji mənbələrinin (BOEM) inteqrasiyası, günəş və külək elektrik stansiyalarının milli şəbəkəyə səmərəli şəkildə qoşulması, həmçinin itkilərin azaldılması və ötürmə qabiliyyətinin artırılması üçün elektrik enerjisinin ötürülməsi infrastrukturunun modernləşdirilməsi aiddir.

Layihənin əsas elementlərinə "Nəvahi" yarımstansiyasının (500/330/10 kV, gücü 2×500 MVA) tikintisi, həmçinin ümumi uzunluğu 106 km olan üç yeni elektrik verilişi xəttinin - gərginliyi 330 kV olan "Ələt AİZ – Nəvahi" YS-in (22 km); gərginliyi 330 kV olan "Abşeron KES – Nəvahi" YS-in (65 km); gərginliyi 330 kV olan "Abşeron KES – Qobu" YS-in (19 km) çəkilməsi daxildir.

Dünya Bankı Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) vasitəsilə "Abşeron-Qaradağ" külək elektrik stansiyasının şəbəkəyə birləşdirilməsi və ötürücü şəbəkənin genişləndirilməsi üzrə 168,4 milyon ABŞ dolları məbləğində işləri maliyyələşdirəcək, bu məbləğə gözlənilməz xərclər üçün nəzərdə tutulan 18,6 milyon ABŞ dolları da daxildir.

Maliyyələşdirmə proqramı iki alt komponentdən ibarətdir. Birinci alt komponent gərginliyi 330 kV olan şəbəkənin genişləndirilməsidir (33,8 milyon ABŞ dolları) ki, bu da "Abşeron-Qaradağ" KES-dən "Nəvahi" və "Qobu" yarımstansiyalarına birdövrəli xətlərin, "Ələt" yarımstansiyasına ikidövrəli xəttin tikintisini, həmçinin "Qobu" yarımstansiyasında yuvaların genişləndirilməsini nəzərdə tutur. İkinci alt komponent 500 kV-luq şəbəkənin inkişafını (134,6 milyon ABŞ dolları) - "Azərbaycan İES"dən "Nəvahi" yanacaq stansiyasına qədər elektrik verilişi xəttinin tikintisini, "Nəvahi" yarımstansiyasının (2xMVA) 500 kV-luq hissəsi üçün avadanlığın təchizatı və quraşdırılmasını (2x500 MVA), "Qobu" və "Azərbaycan İES" yarımstansiyalarında 500 kV yuvaların genişləndirilməsini əhatə edir.

Dünya Bankı AZURE layihəsini 2025-ci il martın 28-də təsdiqləyib və bankın İdarə Heyətinin qərarına əsasən IBRD-nin xətti ilə Azərbaycana enerji infrastrukturunun modernləşdirilməsi və genişləndirilməsi üçün 173,5 milyon ABŞ dolları kredit ayrılıb.

Oxşar xəbərlər

Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Prezident İlham Əliyev Cəbrayılın Şahvəlli kəndində "Şəms" və "Üfüq" Günəş Elektrik stansiyalarının təməlini qoyub
"Yaşıl enerji"nin Azərbaycan modeli: istehsal və idarəetmədə liderlik – TƏHLİL
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
Bakıda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılışı keçirilib - ƏLAVƏ OLUNUB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər