Fidanla ispaniyalı həmkarı arasında telefon danışığı olub
Far.Az xəbər saytı

Fidanla ispaniyalı həmkarı arasında telefon danışığı olub


Türkiyənin xarici işlər naziri Hakan Fidanla ispaniyalı həmkarı Xose Manuel Albares arasında telefon danışığı baş tutub.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Öncü Keçeli "X" sosial media hesabında məlumat paylaşıb.

Keçelinin sözlərinə görə, telefon danışığı zamanı İsrailin beynəlxalq sularda "Qlobal Sumud Donanması"na müdaxilə etməsi müzakirə olunub. Nazirlər İsrailin bu davranışının mülki şəxslərin həyatı üçün təhlükə törətdiyini bildiriblər.

"Beynəlxalq ictimaiyyətin hüquqazidd olan bu müdaxiləyə qarşı birgə mövqe sərgiləməyinin vacibliyinə diqqət çəkilib", - məlumatda vurğulanıb.

Qeyd edək ki, mediada İsrailin aprelin 29-da Qəzzaya humanitar yardım aparan 58 gəmidən ibarət "Qlobal Sumud Donanması"na müdaxilə etdiyinə dair məlumat yayılıb.

Oxşar xəbərlər

Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşma dayanır
MEDİA "Süni intellektin mediada tətbiqi" mövzusunda seminar keçirib
"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycandan İrana göndərilən humanitar yardım dövlət sərhəd buraxılış məntəqəsindən keçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər