Rəşad Mehdiyevin yeni əsərləri təqdim edilib
"Bentley Baku" "Art in Motion" simvolik ad altında Rəşad Mehdiyevin fərdi sərgisini təqdim edərək, yüksək incəsənət ilə dərin fəlsəfənin qovuşduğu məkana çevrilib.
"Report" xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva sərgini ziyarət ediblər.
Bu sərgi statik düşüncə anı ilə insanın daxili transformasiyasının davamlı axını arasındakı incə sərhədin tədqiqidir. Müəllifin diqqət mərkəzində metamorfozlar dünyası dayanır; burada qəhrəmanların düşüncələri və arzuları fiziki formaya çevrilərək insan mahiyyətinin davamı kimi çıxış edir və sərhəd tanımayan daxili aləmin zənginliyini simvolizə edir.
Ekspozisiyaya olan yüksək maraq Azərbaycan müasir mədəniyyəti fonunda Rəşad Mehdiyevin yaradıcılığının dəyərini aydın şəkildə ortaya qoyub.
"Art in Motion" təbii estetika ilə dərin simvolizmi birləşdirir. Burada hər bir əsər və hər bir forma fantaziyanın həyatın yeganə həqiqi meyarına çevrildiyi reallığa açılan portal kimi təqdim olunur. Müəllifin rəngkarlıq ustalığı ilə heykəltaraşlıq baxışının sintezi sərgini vahid canlı instalyasiyaya çevirərək müasir Azərbaycanda gözəlliyin və yaradıcı düşüncənin təntənəsini əks etdirir.
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
IX siniflərin buraxılış imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
-
Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA
-
Azərbaycan Milli QHT Forumu ikiillik fəaliyyətinə dair hesabat verib
-
"Time" jurnalı 2026-cı ilin ən nüfuzlu şirkətlərinin siyahısını tərtib edib













