WUF13: Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti mövcuddur
Far.Az xəbər saytı

WUF13: Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti mövcuddur


Bakı şəhərində hərəkət metro, avtobus, dəmir yolu, aeroport ekspress marşrutu, taksi xidmətləri və mikromobillik vasitələri ilə rahat şəkildə təşkil olunur.

"Far.Az" xəbər verir ki, bu barədə "WUF13Azerbaijan"ın "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Metro və avtobuslarda ödəniş üçün "BakıKart", dəmir yolu səfərləri üçün isə "ADY kart" istifadə edilir", - məlumatda bildirilib və əlavə edilib ki, ödənişlər həmçinin mobil tətbiqlər, QR bilet və NFC təmassız ödəniş vasitələri ilə də həyata keçirilə bilər.

"WUF13 məkanına ən yaxın metro stansiyası "Koroğlu"dur. Metro hər gün saat 06:00-dan 00:00-dək, Abşeron dairəvi dəmiryol xətti üzrə qatarlar isə 06:30-dan 23:00-dək fəaliyyət göstərir. H1 hava limanı ekspress marşrutu hava limanı ilə şəhər mərkəzi arasında 24 saat nəqliyyat əlaqəsi təmin edir və Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən keçir.

Şəhər üzrə səfərlərinizi daha rahat planlaşdırmaq üçün "BakıKart", "ADY" və AYNA "MaaS" mobil tətbiqlərindən istifadə edə bilərsiniz. Tətbiqlər marşrut seçimləri, yaxın dayanacaqlar, real vaxt izləmə, balansın artırılması və ekoloji baxımdan daha uyğun səyahət imkanları barədə məlumat təqdim edir.

Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti də mövcuddur. Bununla yanaşı, Bakı şəhərində taksi xidmətləri və təqribən 50 km uzunluğunda velosiped və skuter zolaqları iştirakçılar üçün əlavə hərəkət imkanları yaradır", - paylaşımda vurğulanıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib
Bakıda salınacaq mikromobillik zolaqları ilə bağlı YENİ XƏBƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər