"Bloomberg": İran ABŞ blokadasına görə neft hasilatını azaldır
Far.Az xəbər saytı

"Bloomberg": İran ABŞ blokadasına görə neft hasilatını azaldır


Tehran ABŞ Silahlı Qüvvələrinin İran limanlarını davamlı blokadaya alması səbəbindən anbar çatışmazlığına görə hasil olunan neftin həcmini azaltmaq zərurəti ilə üzləşir.

"Far.Az" xəbər verir ki, bu barədə "Bloomberg" mənbəyə istinadən məlumat yayıb.

"ABŞ-nin Hörmüz boğazındakı blokadası İranın neft ticarətinə təzyiq göstərdiyi bir vaxtda, son həftələrdə ölkənin ixracı azalıb, anbarlar isə sürətlə dolur. İran hakimiyyətinin yüksək vəzifəli nümayəndəsi bildirib ki, ölkə hasilatın azaldılmasına başlayıb", - məlumatda qeyd olunub.

Agentliyin məlumatına görə, İslam Respublikasının hakimiyyət orqanları bu qərarı anbarların həcminin tükənməsinə yol verməmək məqsədilə qəbul ediblər.

Həmçinin qeyd olunub ki, İran mühəndisləri sanksiyaların uzunmüddətli təsirindən və istehsaldakı dəfələrlə yaranan fasilələrdən sonra neft quyularını uzunmüddətli zərər vurmadan necə konservasiya etməyi bilirlər və onları yenidən sürətlə istismara verə biləcəklər. Məmurlardan biri qeyd edib ki, quyuların 30 %-nin fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq.

İran hakimiyyətinin nümayəndələri etiraf ediblər ki, bu tədbirlər sənayenin fəaliyyətini qoruyub saxlamağa yalnız müvəqqəti kömək edə bilər.

"Bloomberg" ekspertlərə istinadən yazıb ki, indiki neft hasilatı səviyyəsi saxlanılacağı təqdirdə, İranın bu xammalı saxlamaq imkanlarının tükənməsinə qədər təxminən bir ay vaxtı var.

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Buxara karvansarasının əsaslı bərpa və konservasiya işlərindən sonra açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər