Kolumbiyada terror aktı nəticəsində 14 nəfər həlak olub
Kolumbiyanın cənub-qərbindəki Kauka departamentində Panamerika avtomobil yolunda törədilən partlayış nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
"Far.Az"un məlumatına görə, regionun qubernatoru Oktavio Qusman bu barədə "X" sosial şəbəkəsində bildirib.
"Hazırda aralarında beş azyaşlı da olmaqla 14 nəfərin ölümü və 38 nəfərdən çox insanın yaralanması barədə məlumat veririk", - o yazıb.
Qubernator hadisəni mülki şəxslərə qarşı hücum adlandırıb və partlayıcı qurğunun avtomobil yolunda böyük izdiham zamanı partladıldığını, humanitar fəlakətə səbəb olduğunu bildirib.
O, həmçinin regionda zorakılıqların kəskin şəkildə artdığını bildirərək, son saatlar El-Tambo, Kaloto, Popayan, Quaçene, Merkaderes və Miranda da daxil olmaqla bir neçə yaşayış məntəqəsində hücumların və toqquşmaların baş verdiyini qeyd edib.
Region rəhbəri Kolumbiyanın mərkəzi hakimiyyətini təcili tədbirlər görməyə və müdafiə nazirini təhlükəsizlik səylərini əlaqələndirmək üçün göndərməyə çağırıb. O.Qusman qeyd edib ki, səhiyyə sistemi imkanları sərhədində işləyir.
"Caracol Radio" nəşrinin məlumatına görə, 2016-cı il sülh müqaviləsini imzalamayan keçmiş FARC təşkilatının üzvləri ilə əlaqəli olan "Xayme Martines" qruplaşması hücumlara görə məsuliyyət daşıyır.
Oxşar xəbərlər
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda avtobus kişini vuraraq öldürüb
-
Şəkidə yük avtomobili yanıb
-
Azərbaycanın dağ xizəkçisi Şanel Akselsson Norveçdəki beynəlxalq yarışda 4-cü olub
-
Azərbaycandakı bankların kredit portfelinin məbləğinə görə renkinqi (01.04.2026)
-
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
-
"Neftçi" və "Qarabağ"dan birgə bəyanat: Azərbaycan futbolu qələbə qazansın!












