"Met Gala 2026"nın ən çox müzakirə olunanları - SİYAHI
Far.Az xəbər saytı

"Met Gala 2026"nın ən çox müzakirə olunanları - SİYAHI


Ənənəvi olaraq hər il keçirilən moda gecəsi "Met Gala" bu il də baş tutub. Məşhurlar kostyum sənəti ilə bağlı fikirlərini bildiriblər. Təşkilatçılar iştirakçılardan dəbdəbəli və qəribə geyim kodunu sınaqdan keçirmələrini istəyiblər.

BAKU.WS BBC-yə istinadən sözügedən gecədə geyimi ilə müzakirələrə səbəb olan məşhurların siyahısını təqdim edir:

Müğənni Beyons

Məşhur ailəsi ilə birlikdə sanki xalçanı ələ keçirdi. 10 ildən sonra ilk dəfə "Met Gala"da çıxış etdi və itirilmiş vaxtı kompensasiya etmək üçün möhtəşəm bir görünüşə sahib oldu. Onun fransalı dizayner Olivier Rousteing tərəfindən hazırlanan bu libas çox müzakirə edildi.

Yenidən buraya qayıtmağın necə hiss etdiyi soruşulduqda, isə ulduz "Qızım və ərimlə birlikdə olmaq çox xoşdur" deyə cavab verdi.

Müğənni Rihanna

Sənətçi dəbdəbəli gecəyə gec gəldi. Onu həyat yoldaşı ASAP Roki müşayiət etdi. Demək olar ki, onlar "Met Gala" xalçasındakı moda nümayişini bağlı elan etdilər. Hamıdan sonra gəldilər. Rihanna, Glenn Martens tərəfindən hazırlanmış, minlərlə zinət əşyası və muncuqla bəzədilmiş xüsusi "Maison Margiela" donunu geyinib. ASAP Roki, xüsusi "Chanel" geyimində gəldi. O, qara atlaz yaxalıqlı çəhrayı palto geyinmişdi.

Aktrisa Nikol Kidman

Oskar mükafatı laureatı Nikol Kidman "Chanel" brendinin qırmızı, uzunqol muncuqlu donunu geyindi. O, tədbirə qızı Sundi Rouzla birlikdə qatıldı.

Tennisçi Serena Uilyams

O gecədə gümüş rəngdə parıldayıb. İdmançı klassik incəsənəti əks etdirən gümüşü "Marc Jacobs" əsəri taxmışdı.

Keçmiş jurnalist Loren Sançez Bezos

Amazon şirkətinin qurucusu Ceff Bezosun həyat yoldaşı Loren Sançes Bezos bu ilki qala mərasiminin fəxri sədri olub. Onun "Schiaparelli" libası incəsənət tarixinin ən məşhur (və qalmaqallı) libaslarından birini xatırladıb.

Aktyor Kolman Dominqo

Domingo böyük dəb dəyişikliklərindən çəkinmir və bu qeyri-adi kostyumu ilə də ənənəsinə sadiq qalıb.

Model və aktrisa Heidi Klum

Supermodel dəbdəbəli "Halloween" geyimlərinə müraciət edib. O qeyria-adi tərzi ilə müzakirələr yaradıb.

Model və influenser Emma Çemberlen

O rəsmin motivlərindən hazırlanan don deyinib. Miqel Kastro Freitas tərəfindən çəkilmiş çoxrəngli, rəsm əsərinə bənzəyən don geyinib.

Müğənni Teyana Taylor

Teyana Teylor xalçada rəqs edərək saçaqlı donu ilə pozlar verib.

Dizayner Maniş Malhotran

Heykəltəraşlıq nümunələri olan plaş...Dizayner gecəyə bəzəkli bir plaşla qatılıb. Geyimi 50 nəfərdən ibarət bir komanda 960 saat ərzində hazırlayıb.

Müğənni Keti Perri

Pop ulduz özünəməxsus və bir qədər qəribə güzgü maskası ilə üzünü örtmüşdü.

Müğənni Lisa

Onun geyimi çoxlu əllərini olmağı ilə marağa səbəb olub. "K-Pop" qrupunun Blackpink üzvü Lisa maraqlı bir illüziya ilə ağ Robert Wun donunu geyinib: maneken qolları ağ örtüyü qaldırır, əsl qolları isə poza vermək üçün sərbəstdir.

Müğənni Sabrina Karpenter

Ulduz gecədə film lentlərindən hazırlanmış don geyinib. Bu, ehtimal ki, 1954-cü ildə çəkilmiş Odri Hepbörn və Hamfri Boqartın iştirak etdiyi klassik filmə işarədir.

Xatırladaq ki, hər il keçirilən bu tədbir Metropolitan İncəsənət Muzeyinin Kostyum İnstitutu üçün ianə toplama tədbiridir və məşhurlar və dizayn evləri üçün tamaşaya çıxmaq üçün bir şansdır.

Oxşar xəbərlər

Nəsrin Cavadzadənin bu qapalı geyimi müzakirələrə səbəb oldu
10 ildən sonra "Met Gala"ya qızı və həyat yoldaşı ilə qatıldı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
FHN şagird və müəllimlərlə təlim keçirdi
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər