İcra məmurlarının tələbi borclunun sərvətinə yönəltməsi haqda dəyişiklik təsdiqlənib
Far.Az xəbər saytı

İcra məmurlarının tələbi borclunun sərvətinə yönəltməsi haqda dəyişiklik təsdiqlənib


İcra məmurlarının hüquqlarına edilən dəyişikliklər təsdiqlənib.

Far.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Dövlət icra məmurları haqqında" qanuna dəyişiklikləri imzalayıb.

Sənəddə qeyd olunub ki, icra məmurlarının hüquqları sırasındakı tələbi borclunun hesabında olan pul vəsaitlərinə yönəltmək hissəsi dəqiqləşdirilib.

Yeni redaktəyə görə, icra məmurları tələbi borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldə biləcəklər.

Xatırladaq ki, əvvəlki qanuna əsasən, icra məmurları tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərinə yönəldə bilirdilər.

Oxşar xəbərlər

Parlament icra məmurlarının tələbi borclunun sərvətinə yönəltməsi haqda dəyişikliyi qəbul edib
İcra məmurları tələbi borclunun sərvətinə yönəldə biləcək
İcra məmurları tələbi borclunun sərvətlərinə yönəldə bilər
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər