Bakıda "Baxmut qumbaraatanı"na hökm oxundu - ŞOK TƏFƏRRÜAT
Həbsxanadan cəbhəyə, cəbhədən isə yenidən dəmir barmaqlıqlar arxasına... Ukraynanın ən ağır döyüş bölgələrindən biri olan Baxmutda vuruşmuş Azərbaycan vətəndaşına hökm oxunub.
BAKU.WS Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xarici ölkə ərazisində qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən 34 yaşlı Həsən Məmmədovun (ad və soyad şərtidir) məhkəmə prosesi yekunlaşıb.
İttihama görə, H.Məmmədov 2022-ci ildə Rusiyada cəza çəkdiyi müddətdə müharibəyə cəlb olunub. Ona seçim təklif edilib: ya cəzaçəkmə müəssisəsində qalmaq, ya da döyüşlərdə iştirak etmək. Şərtlərə görə, 6 ay döyüşən məhkumlara yüksək əməkhaqqı, azadlıq, Rusiya vətəndaşlığı və medallar vəd edilib. Təkliflə razılaşan şəxs kəşfiyyat bölməsində qumbaraatan kimi "Telbes" çağırış adı ilə Baxmut döyüşlərinə qatılıb.
Döyüşlərdə ağır yaralanan təqsirləndirilən şəxs Anapa şəhərində müalicə alıb. Bu müddətdə ona vəd olunan pullar verilib və medallarla təltif olunsa da, əsas gözləntisi olan Rusiya vətəndaşlığı verilməyib. Əksinə, o, miqrasiya orqanları tərəfindən saxlanılaraq 2024-cü ildə Azərbaycana deportasiya edilib. Vətənə qayıtdıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs olunan H.Məmmədov, yenidən Rusiyaya qayıtmaq və vətəndaşlıq almaq üçün müxtəlif yollar axtardığını etiraf edib.
Məhkəmə iclasında o, özünü təqsirli bilərək əsas məqsədinin azadlığa çıxmaq olduğunu deyib. Tibbi ekspertiza onun bədənindəki qəlpə yaralarını təsdiqləyib. Məhkəmənin qərarı ilə Həsən Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.
Bu hadisə bir daha sübut edir ki, xarici ölkələrdəki münaqişələrdə iştirak etmək Azərbaycan vətəndaşları üçün ciddi hüquqi məsuliyyət yaradır.
Oxşar xəbərlər
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rubio: ABŞ-nin Hörmüz boğazındakı əməliyyatı müdafiə xarakterlidir
-
Riad Axundzadə: "Azərbaycan son dərəcə yüksək su riskləri olan ölkələr kateqoriyasından çıxıb"
-
ABŞ narkotik qaçaqmalçılığı ilə əlaqəli gəmiyə zərbə endirib, ölənlər var
-
Cəlilabadda gənc müəllim vəfat etdi
-
Aİ-Azərbaycan münasibətləri: strateji maraqlar "qətnamə marafonu"na qarşı – ŞƏRH
-
İsrail hərbçilərinin "Hizbullah" tərəfindən atəşə tutulduğunu bildirib













