Bakı-Ankara birliyi Parisin siyasi şousuna fürsət vermədi
Fransa Prezidenti Emmanuel Makron növbəti dəfə Cənubi Qafqaz üzərindən böyük geosiyasi mesaj verməyə çalışdı. Amma bu dəfə plan sərhəddəcə iflasa uğradı.
Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
"AzFront" teleqram kanalının yaydığı xəbərə görə, 3-5 may tarixlərində Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak etmək üçün Ermənistana səfər edən Makron İrəvandan birbaşa quru sərhədi vasitəsilə Türkiyəyə keçmək istəyib. Məqsəd isə təkcə Rəcəb Tayyib Ərdoğanla görüşmək deyildi. Bu həm də 30 ildən artıq bağlı qalan Türkiyə-Ermənistan sərhədindən keçməklə siyasi simvol yaratmaq cəhdi idi.
Paris bununla dünyaya göstərmək istəyirdi ki, regionda hələ də söz sahibidir. Amma Ankara fərqli qərar verdi.
Məlumata görə, məsələ ən yüksək səviyyədə müzakirə olundu və Azərbaycanın mövqeyi nəzərə alınaraq Makronun bu planına razılıq verilmədi. Bu qərar bir daha göstərdi ki, Cənubi Qafqazla bağlı strateji məsələlərdə Bakı-Ankara koordinasiyası dəyişməz olaraq qalır.
Makron isə son illərdə ard-arda diplomatik uğursuzluqlarla üzləşir.
Afrikada Fransanın təsir zonası daralır. Yaxın Şərqdə isə Paris əvvəlki çəkisini itirib. Ukrayna məsələsində səsləndirilən iddialı bəyanatlar real nəticə verməyib. İndi isə Ermənistan üzərindən qurulması istənən yeni siyasi səhnə də alınmadı.
"Makron dövründə Fransa diplomatiyası sürətlə öz əhəmiyyətini itirir". Bu fikri Fransanın nüfuzlu "Le Journal du Dimanche" nəşri yazıb.
Hadisələrin fonunda Türkiyənin Ermənistanla normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıçın açıqlamaları da müzakirə mövzusuna çevrilib.
Onun "İrəvanda özümü evimdəki kimi hiss edirəm" deməsi və danışıqlarda erməni maraqlarını düşündüyünü vurğulaması suallar doğurub.
Regionda balans son dərəcə həssasdır və görünən odur ki, Ankara bu həssaslığın fərqindədir.
Makronun sərhədi keçə bilməməsi isə sadəcə diplomatik protokol məsələsi deyil. Bu həm də yeni geosiyasi reallığın mesajıdır: Cənubi Qafqaz artıq uzaq paytaxtların siyasi dekorasiyası deyil. Bu regionda qərarlar burada formalaşan güc balansına uyğun verilir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rubio: ABŞ-nin Hörmüz boğazındakı əməliyyatı müdafiə xarakterlidir
-
Riad Axundzadə: "Azərbaycan son dərəcə yüksək su riskləri olan ölkələr kateqoriyasından çıxıb"
-
ABŞ narkotik qaçaqmalçılığı ilə əlaqəli gəmiyə zərbə endirib, ölənlər var
-
Bakıda ölümlə nəticələnən dəhşətli qəzanın ANBAAN VİDEOSU
-
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionununda işçinin meyiti tapılıb
-
Aİ-Azərbaycan münasibətləri: strateji maraqlar "qətnamə marafonu"na qarşı – ŞƏRH













