"Elə bildim bomba düşdü" - Yanğın zamanı sakinlər qorxulu anlar yaşadılar
Far.Az xəbər saytı

"Elə bildim bomba düşdü" - Yanğın zamanı sakinlər qorxulu anlar yaşadılar


Sumqayıt şəhərində yanğın hadisəsi baş verib. Hadisə şəhərin 42-ci məhəlləsində yerləşən 14 saylı yataqxanada qeydə alınıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı binadan 12 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Hadisə şahidləri Baku TV-yə qorxu dolu anları belə təsvir ediblər:

"Namaz qılırdım. Birdən elə bir səs gəldi ki, sanki yuxarıdan aşağıya bomba düşdü. Tez özümü çölə atdım, alovun üstümə gəldiyini gördüm. Ondan sonrasını isə xatırlamıram", - deyə sakinlərdən biri bildirib.

Digər sakin isə tüstü səbəbindən binada sıxılıb qaldıqlarını qeyd edib: "Aşağı düşə bilmirdik, yuxarı mərtəbədə qalmışdıq. Hər yeri qatı tüstü bürümüşdü. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəldikdən sonra bizi xilas etdilər".

***19:14

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 42-ci məhəllədə yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunublar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 6 ədəd sayğac, 6 ədəd qoruyucu açar və 6p.m. elektrik naqili yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunublar. Xəsarət alan olmayıb.

Mənzillər və yataqxana binası yanğından mühafizə olunub.

Oxşar xəbərlər

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər