Qoşqar Təhməzli: "Bitki sağlamlığı haqqında" yeni qanun layihəsi hazırlanıb"
Far.Az xəbər saytı

Qoşqar Təhməzli: "Bitki sağlamlığı haqqında" yeni qanun layihəsi hazırlanıb"


Azərbaycanda "Bitki sağlamlığı haqqında" yeni qanun layihəsi hazırlanıb.

"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu gün Bakıda keçirilən "Dövlət-özəl tərəfdaşlıq çərçivəsində Aqronomların II Beynəlxalq Forumu"nda bildirib.

Onun sözlərinə görə, sənəd hazırda digər dövlət qurumları ilə razılaşdırılır, onlardan rəylər alınır: "Hesab edirəm ki, qanun layihəsi yaxın gələcəkdə qəbul olunacaq, bitkiçiliyin inkişafına töhvə verəcək, qida məhsullarının ixrac potensialının artımasında xüsusi rol oynayacaq".

AQTA sədri ölkədə idxal-ixrac prosedurlarının tam rəqəmsallaşdırıldığını da vurğulayıb: "Qida təhlükəsizliyinin digər sahələrində olan prosedurlar isə 90 %-dən çox öz həllini tapıb. Bitkiçilik sahəsində ən vacib məsələlərdən biri Azərbaycanın Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasının EFİTA sisteminə qoşulmasıdır. Bu sistem bizə imkan verir ki, Azərbaycanın ixrac tərəfdaşı olan 73 ölkə ilə qarşılıqlı şəkildə elektron sertifikatları görə bilək. Bu, həm saxtalaşdırma hallarının qarşısını alır, həm də bitki sağlamlığı məsələlərinin çox çevik və operativ şəkildə nəzarətdə saxlanmasına şərait yaradır".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər