ABŞ hərbçisi Rusiyanın xeyrinə casusluq şübhəsi ilə saxlanılıb
Britaniya polisi 41 yaşlı ABŞ hərbi qulluqçusunu Rusiyanın xeyrinə casusluq etmək və milli təhlükəsizlik haqqında qanunvericiliyi pozmaq şübhəsi ilə saxlayıb.
"Report" Skotland-Yardın rəsmi məlumatına istinadən xəbər verir ki, saxlanılma noyabrın 10-da Britaniya polisinin terrorla mübarizə bölməsinin istintaqı çərçivəsində Qloster şəhəri ərazisində həyata keçirilib.
İstintaq MI-5 əks-kəşfiyyat xidməti, Böyük Britaniya Müdafiə Nazirliyinin əks-kəşfiyyat bölməsi, eləcə də ABŞ hakimiyyət orqanları, silahlı qüvvələri və Federal Təhqiqatlar Bürosu (FTB) ilə birgə aparılır.
"Kişi 2023-cü il Milli Təhlükəsizlik haqqında Qanunun 1 və 3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə şübhəli bilinərək saxlanılıb. İstintaq çərçivəsində polis əməkdaşları Qlosterşir qraflığında iki ünvanda axtarış aparırlar. Şübhələrin əlaqəli olduğu ölkə - Rusiyadır", - məlumatda bildirilir.
Qeyd olunan maddələr qorunan məlumatların əldə edilməsi və ya yayılması, habelə xarici kəşfiyyat xidmətinə kömək göstərilməsinə görə məsuliyyət nəzərdə tutur.
Öz növbəsində FTB-nin direktoru Keş Patel bildirib ki, saxlanılma həm ABŞ, həm də onun müttəfiqlərində son dərəcə böyük narahatlıq doğuran casusluq şübhələri ilə əlaqədardır.
Şübhəlinin adı açıqlanmır. Hazırda o, Londonun polis bölmələrindən birindədir.
Skotland-Yarddan vurğulayıblar ki, istintaq Britaniya polisinin terrorla mübarizə bölməsinin icraatında olan digər işlərlə əlaqəli deyil.
Oxşar xəbərlər
DSX-nin 270 hərbçisi mənzillə təmin olunub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Nazir bu müəllimləri təltif edildi - ADLAR
60 ildir qorunan inanılmaz ÖZƏLLİK - Sakinlər də buna riayət edir
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













