Köç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim edilib
Far.Az xəbər saytı

Köç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim edilib


Köç karvanı Ağdam şəhərinə çatıb, sakinlərə evlərin açarları təqdim edilib.

Far.Az report-a istinadən xəbər verir ki, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

*** 12:41

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.

Far.Az report-a istinadən xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, bu mərhələdə Ağdam şəhərinə 156 nəfərdən ibarət 41 ailə köçüb.

*** 08:59

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Far.Az report-a istinadən xəbər verir ki, Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb.

Ağdam və Xocavənd şəhərlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ağdam şəhərinə 41 ailə - 156 nəfər, Xocavənd şəhərinə isə 57 ailə - 206 nəfər köçürülür. Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Onlar torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Növbəti köç karvanı Horovlu və Sos kəndinə çatıb, açarlar təqdim olunub
Növbəti köç karvanı Xocavəndə çatıb, açarlar təqdim edilib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər