Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Həştərxanda qeyd edilib
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Rusiyanın Həştərxan vilayətində silsilə tədbirlər keçirilib.
"Far.Az" xəbər verir ki, tədbirlərdə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin dəvəti ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatı Arzu Nağıyev, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev iştirak edib.
Nümayəndə heyəti mayın 7-də Heydər Əliyev adına 11 saylı məktəbi ziyarət edərək Ulu Öndərin büstü önünə gül dəstələri düzüb. Daha sonra səfər çərçivəsində nümayəndə heyəti və Həştərxan vilayətinin xarici işlər naziri Vladimir Qolovkov ilə Həştərxan vilayətində inşa edilmiş "Ümumrusiya Azərbaycan Gənclər Təşkilatının" (AMOR) Həştərxan bölməsi və diaspora nümayəndələri ilə görüş keçirilib. Görüşdə Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə, ölkənin inkişafı və İlham Əliyevin rəhbərliyi ilə Qarabağda aparılan bərpa işlərindən danışılıb.
Səfər çərçivəsində nümayəndə heyəti Həştərxan vilayətinin hökumət rəsmiləri ilə də görüşüb. Görüşlərdə Azərbaycan-Rusiya əlaqələrinin inkişafı, birgə sosial layihələr və əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tədbirlər çərçivəsində nümayəndə heyəti Həştərxan şəhərində Heydər Əliyev Xiyabanında Ulu Öndərin abidəsini ziyarət edib, önünə güllər qoyub və ağacəkmə aksiyasında iştirak edib. Həmçinin, II Dünya müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış "Qardaşlıq məzarlığı" və "Əbədi məşəl" memorialı da ziyarət olunub.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəyan edilməyən dərmanların gömrük sərhədindən keçirilməsinin qarşısı alındı
-
Yenilməz çempion Elbəy Alışov: "UFC-dən təklif gəlsə, qərarım hazırdır"
-
SEPAH Trampın Hörmüz boğazı ilə bağlı bəyanatını təkzib edib
-
Bakcell-in "GO" tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
-
Konqoda Ebola epidemiyası: İlk vaksinasiya kampaniyasına başlanıldı
-
Laçında İşğal və Zəfər Muzeyi Kompleksi tikiləcək – 9,9 milyonluq LAYİHƏ













