AFFA-dan "Qarabağ"a SƏRT CƏZA
"Qarabağ" futbol klubunun aparıcı oyunçularından olan Marko Yankoviç ağır sanksiya ilə üzləşərək yaşıl meydanlardan 8 oyunluq uzaqlaşdırılıb.
Far.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Fərdi cəzalarla yanaşı, Ağdam təmsilçisinin büdcəsinə də ciddi ziyan dəyib - klub ümumilikdə 70 min manatdan çox məbləğdə cəriməyə məruz qalıb.
Bütün bu cəzalar silsiləsinə "Qarabağ"ın "Sabah"la qarşılaşdığı və 1:2 hesabı ilə məğlub olduğu Azərbaycan Kubokunun gərgin keçən yarımfinal mərhələsinin cavab matçındakı hadisələr səbəb olub.
Belə ki, final fiti səsləndikdən sonra "köhlən atlar"ın futbolçusu Marko Yankoviç ikinci sarı vərəqə ilə cəzalandırılıb. Əsas qalmaqal isə bundan sonra başlayıb: monteneqrolu yarımmüdafiəçi paltardəyişmə otağına gedən dəhlizdə matçın hakiminə fiziki təzyiq göstərməyə cəhd etdiyi və onu hədələdiyi üçün 8 oyunluq sərt diskvalifikasiya alıb.
Məhz futbolçusunun yol verdiyi bu aqressiv davranışa görə "Qarabağ" rəhbərliyi 25 500 manat cərimə ödəmək məcburiyyətində qalıb.
İntizam tədbirləri bununla bitməyib. Ağdam klubunun qapıçısı Mateus Koxalski birbaşa qırmızı vərəqə gördüyü üçün birmatçlıq cəzalanıb və bu hərəkət kluba əlavə 1 000 manat cərimə bahasına başa gəlib.
Gərgin keçən matçda azarkeşlərin davranışları da cəzasız qalmayıb. "Qarabağ" tərəfdarlarının yaşıl meydançaya kənar əşyalar atması kluba 2 000 manat, pirotexniki vasitələrdən istifadəsi isə 7 000 manat ziyan vurub. Tribunada kütləvi şəkildə səsləndirilən təhqiramiz ifadələrə görə Ağdam təmsilçisi daha 8 000 manatından keçməli olacaq. Üstəlik, görüşün keçirildiyi arenada qeydə alınan dağıntılara görə klub 5 000 manat cərimələnib və sıradan çıxarılmış 70 ədəd oturacağın ziyanını təkbaşına qarşılayacaq.
İntizam Komitəsi klubun texniki heyətini də bağışlamayıb. "Köhlən atlar"ın məşqçisi Hüseyn Seyidov hakimə fiziki təzyiq göstərməyə çalışıb və təhqiramiz sözlər işlətdiyi üçün 6 oyunluq cəza alıb, bu isə "Qarabağ"a 18 000 manat cərimə kimi qayıdıb. Klubun digər əməkdaşı İlqar Şamilov isə oyunun rəsmi şəxsinə fiziki təzyiq cəhdinə görə 5 oyunluq diskvalifikasiya edilib və komandanı daha 8 000 manat ziyana salıb.
Hadisələrlə zəngin olan bu matçda "Sabah" klubu da qayda pozuntularına görə cəzadan yaxa qurtara bilməyib.
Belə ki, Masazır təmsilçisi oyun ərzində 5 futbolçusunun sarı vərəqə görməsinə görə 700 manat, fanatların meydana əşyalar atmasına görə 2 000 manat, kənar şəxsin yaşıl meydançaya daxil olması səbəbindən 6 500 manat və tərəfdarların pirotexniki vasitələrdən istifadəsinə görə daha 3 000 manat cərimə ödəməli olacaq.
Oxşar xəbərlər
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib
-
Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Şekspir" tamaşası nümayiş olunub
-
Marketdə vaxtı keçmiş məhsullar aşkarlandı - FOTOLAR
-
"Fox News": ABŞ İranın Bəndər-Abbas limanına zərbə endirib
-
"Fars": Bəndər-Abbas limanını BƏƏ-nin qırıcıları bombalayıb - YENİLƏNİB
-
SOCAR komandasının baş məşqçisi: "Böyükhesablı qələbə bizim üçün də sürpriz oldu"













