Güləş üzrə muxtar respublika birinciliyində qaliblər müəyyənləşib
Far.Az xəbər saytı

Güləş üzrə muxtar respublika birinciliyində qaliblər müəyyənləşib


Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş yeniyetmələr arasında güləş üzrə muxtar respublika birinciliyi keçirilib.

"Far.Az"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfinfən təşkil olunan yarışda 70 idmançı 10 çəki dərəcəsində mübarizə aparıb.

İlham Əliyev adına Olimpiya İdman Kompleksində turnirin mükafatlandırma mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov ilk üç yerin sahiblərini diplom və medallarla təltif edib.

Nəticələrə əsasən Cahangir Əhmədov (45 kq), Əlcəfər Musayev (48 kq), Ələkbər Əsgərov (51 kq), Məcnun Abbasov (55 kq), Məhəmməd Hümbətov (60 kq), Toğrul Əlili (65 kq), Hüseyn Rəcəbli (71 kq), Rüzgar Hacıyev (80 kq), Hüseyn Əliyev (92 kq) və Cəbrayıl Əhmədov (110 kq) müvafiq çəki dərəcələrində birinci olublar.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər