Tbilisidə Aşıq Hüseyn Saraçlının 110 illiyi qeyd olunub
Gürcüstan paytaxtındakı Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində türk dünyasının görkəmli ozanı Aşıq Hüseyn Saraçlının anadan olmasının 110 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.
"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, tədbir Azərbaycan icmasının üzvləri, azərbaycanlı tələbə və gənclərin iştirakı ilə muzeyin dəstəyi əsasında təşkil olunub.
Anım mərasimində Azərbaycanın səfirliyinin nümayəndəsi Cavid Məhərrəmov çıxış edərək aşıq sənətinin türk mədəni irsindəki rolunu vurğulayıb.
Aşıq Nargilə Mehtiyeva çıxışında Aşıq Hüseyn Saraçlının irsinin qorunmasının vacibliyini qeyd edib və onun doğulduğu evin muzeyə çevrilməsi təşəbbüsünü irəli sürüb. Bildirilib ki, bununla bağlı Gürcüstanın Mədəniyyət Nazirliyinə müraciət olunub və məqsəd ustadın irsini gələcək nəsillərə çatdırmaqdır.
Tədbirdə çıxış edənlər Aşıq Hüseyn Saraçlını Borçalı saz-söz məktəbinin və ümumtürk mədəniyyətinin önəmli simalarından biri kimi dəyərləndiriblər. Qeyd olunub ki, onun evinin muzeyə çevrilməsi ideyası həm tarixi yaddaşın qorunması, həm də mədəni irsin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbir zamanı Aşıq Hüseyn Saraçlının həyat və yaradıcılığına həsr olunmuş sənədli materiallar və xatirələr də təqdim edilib. Xüsusilə, onun müxtəlif illərdə çəkildiyi filmlərdə ifa etdiyi saz havaları, o cümlədən "Tütək səsi" filmində səsləndirdiyi "Ruhani" havası iştirakçılar tərəfindən xatırlanıb.
Qeyd edək ki, Aşıq Hüseyn Saraçlı 1916-cı ildə Gürcüstanın Bolnisi rayonunun Saraçlı kəndində anadan olub. O, 400-dən çox dastan və rəvayət bilən ustad sənətkar kimi tanınıb, müxtəlif ölkələrdə konsertlərlə çıxış edib və türk dünyasında geniş şöhrət qazanıb.
Tədbirin sonunda iştirakçılar Aşıq Hüseyn Saraçlı irsinin yaşadılmasının vacibliyini vurğulayıb və onun adının daşıdığı mədəni dəyərin qorunmasının gələcək nəsillər üçün böyük əhəmiyyət daşıdığını qeyd ediblər.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Birinci xanım Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib
-
Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Şekspir" tamaşası nümayiş olunub
-
"Fox News": ABŞ İranın Bəndər-Abbas limanına zərbə endirib
-
"Fars": Bəndər-Abbas limanını BƏƏ-nin qırıcıları bombalayıb - YENİLƏNİB
-
Valverde Çuameni ilə dava etməsi barədə məlumatı təkzib edib
-
Azərbaycan ilə Malayziya arasında daha dərin əməkdaşlıq imkanları araşdırılır












