Conni Depp Baham adalarındakı 1940-ci ildən qalma evində neyniyir?
Far.Az xəbər saytı

Conni Depp Baham adalarındakı 1940-ci ildən qalma evində neyniyir?


Şəxsi həyatındakı qalmaqallar səbəbilə Hollivuddan uzaqlaşaraq Baham adalarına köçən Conni Depp etirafları ilə diqqət çəkib.

Far.Az xəbər verir ki, kütlədən və kameralardan uzaq bir həyat tərzinə üstünlük verən 63 yaşlı ulduz vaxtının böyük hissəsini özünə məxsus adada keçirir.

Aktyor "The Wall Street Journal"a açıqlamasında ABŞ-də rahat yaşaya bilmədiyini, Baham adalarındakı evində isə hüzur tapdığını bildirib.

"Vaxtımın çoxunu Baham adalarında keçirirəm. Orada tam bir hüzur və sakitlik tapdım. Heç kim mənə kamera tuşlamır və ya dik-dik baxmır. 2004-cü ildə 1940-cı illərə aid taxta ev aldım. İçərisində bir rəsm emalatxanası qurdum. Rəsm çəkmək ətrafımdakı dünyanı dərk etməyimə imkan verən bir sığınacaq olaraq qalır" -deyə Depp vurğyalyıb.

Aktyor hələ 2009-cu ildə "Vanity Fair" jurnalına verdiyi müsahibədə də adadakı həyatın onun üçün nə qədər vacib olduğunu vurğulayıb.

Oxşar xəbərlər

İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Əhmədin DƏHŞƏTLİ ETİRAFLARI: "Kimsə mənə deyirdi ki, ailə üzvlərimi öldürməliyəm"
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident və birinci xanım Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər